Maraş döyüşü (, ) və ya Maraşın müdafiəsi (, ) — Birinci Dünya müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı Fransa–Türkiyə müharibəsi zamanı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş.
Südçü İmam hadisəsi
Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam hadisəsi idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı.Alim Öztürk (2007). "Türkiyə Cumhurriyəti İnqilab Tarixi və Atatürkçülüq 1". Milli Təhsil Nazirliyi Təhsil Texnologiyaları Ümumi Müdirliyi səhifə 26.
Bayraq hadisəsi 1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir. Komandirin rəqsə dəvət etdiyi erməni qızın "Sizinlə rəqs edə bilmərəm, çünki özümü əsarətdə hiss edirəm. Qalada türk Bayrağı dalğalandığı müddətcə, sizinlə rəqs edə bilmərəm" deyərək təklifini qəbul etməmişdir. Bu hadisədən sonra qaladakı türk bayrağı endirilmişdir. Maraş döyüşü fransızların şəhərin qalasındakı türk bayrağını endirmələri, günahsız insanları öldürmələri və həbs etmələri narahatlığı artırdı. Ulu Məscid İmamı Rıdvan Müəllimin "Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!" cümləsi, əhalidəki fransızlara və erməni işğalçılarına qarşı olan nifrəti oyandırdı və üsyana çağırdı. Qalaya hücum edən Maraş əhalisi, içəridəki fransız əsgərlərini təsirsiz hala gətirib türk bayrağını yenidən qaldırdılar. Bundan sonra 72 gün ərzində şəhərin hər yanında qarşıdurmalar baş verdi. Döyüş əsnasında yaşanan ən böyük toqquşma Türkoğlu müdafiəsi idi. Afşin və Əlbistandan da əhəmiyyətli dərəcədə kömək göndərilmişdir. Daha sonra fransızlar 1920-ci ilin Fevral ayının 11-də şəhəri tərk etdilərMətin Özdamarlar (2009). "Milli And (1919–1921)". Timaş Çapevi. səhifə 26.. Fransızlar İslahiyə yolunda Kuva-yi Milliyə (Milli Qüvvələr) hücumlarına məruz qaldı. Bu hücumlarda Fransa əsgərləri 200-ə yaxın itki verdi.
Nəticəsi
Fransa əsgərləri, İslahiyə yaxınlıqlarına geri çəkildilər. Çox müddət keçməmiş Mustafa Kamal Atatürk ve Kazım Qarabəkir teleqraf göndərək Milli Qüvvələrin qalibiyyətini qeyd etdilər. Maraşdakı əsgərlər Şanlıurfaya göndərildilər. Türkiyə Qurtuluş Savaşından sonra 1925-ci ilin Aprel ayının 5-də Maraşa İstiqlaliyyət Medalı və 1973-cü ilin Fevral ayının 7-də Qəhrəman Şəhər titulu verildi.
Həmçinin Bax Türkiyə Qurtuluş Savaşı Fransa–Türkiyə müharibəsi İzmirin işğalı Qars döyüşü (1920) Sarıqamış döyüşü (1920)
İstinadlar Kateqoriya:1920-ci ildə Türkiyə Kateqoriya:Türkiyədəki döyüşlər Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Fransanın döyüşləri Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Fransanın müharibələri Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:1920-ci ildə Osmanlı imperiyası