Marko Asensio Villemsen () — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusu.
Klub karyerası
Malyorka Asensio Balear adalarının Palma şəhərində anadan olmuşdur. Onun anası Niderland, atası isə bask əsilli İspaniya vətəndaşıdır.Seguido desde hace meses por la élite europe (Followed for months by the European elite) ; Diario de Mallorca, 27 August 2014 (in Spanish) Asensio futbolçu karyerasına doğma şəhərini təmsil edən Malyorka klubunda başlamışdır. O, oyunu ilə Real Madrid və Barselona klublarının skautlarının diqqətini cəlb etmişdir.Madrid y Barça pugnan por Asensio (Madrid and Barça fight for Asensio) ; Diario de Mallorca, 25 February 2013 (in Spanish) Asensio karyerasında debütünü hələ yeniyətmə olmasına baxmayaraq, B komandası ilə 2013–14 mövsümündə Terkera Diviziyasında etmişdir. Asensio əsas komanda ilə debütünü 27 oktyabr 2013-cü ildə Sequnda Diviziyasında Rekreativo de Huelva klubuna qarşı oyunda etmişdir. O, son altı dəqiqə meydanda mübarizə aparmış və komandası 3–1 hesabı ilə məğlub olmuşdur.Linares reafirma el liderato del Decano (Linares confirms first place for the Dean) ; Marca, 27 October 2013 (in Spanish)
Asensio Luqo klubu ilə oyunda da son altı dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Malyorka rəqibi ilə 0–0 hesabı ilə heç-heçə etmişdir.Los lucenses tiran de oficio para resistir en el Iberostar (Lucences resort to know-how to resist at Iberostar) ; Marca, 2 November 2013 (in Spanish) Asensio gözəl oyun sərgilədikdən sonra baş məşqçi Xose Luis Oltra onu əsas komandaya çağırmışdır.Marco Asensio llama a la puerta (Marco Asensio knocks on the door) ; Última Hora, 4 November 2013 (in Spanish)
Asensio peşəkar karyerasında ilk qolunu 16 mart 2014-cü ildə Tenerife klubuna qarşı oyunda vurmuşdur.Asensio y Thomas dan aire a los baleares ante un flojo Tenerife (Asensio and Thomas give air to the Balearic against a weak Tenerife) ; Marca, 16 March 2014 (in Spanish) Həmin görüşdə Malyorka rəqibinə 2–0 hesabı ilə qalib gəlmişdir. O, yeni baş məşqçi Valeri Karpinin rəhbərliyi altında bir ay ərzində Osasuna, Alaves, Llaqostera klublarına qarşı oyunlarda ilk on birlikdə yer almışdır.
Real Madrid 24 noyabr 2014-cü ildə Real Madrid klubu Asensio ilə prinsipial olaraq razılıq əldə etmişdir. 5 dekabr 2015-ci ildə isə Asensio klub ilə €3.9 milyon qarşılığında altı illik müqavilə imzalamışdır. Asensio mövsümün sonuna qədər Bermellonesə icarəyə verilmişdir.
20 avqust 2015-ci ildə Asensio mövsüm öncəsi Real Madrid klubundan La Liqa təmsilçilərindən olan Espanyol klubuna icarəyə verilmişdir. O, klubu ilə debütünü 19 sentyabr 2015-ci ildə Real Sosyedad klubuna qarşı oyunda etmişdir. Asensio 86-cı dəqiqədə meydana daxil olmuş və komandası 3–2 hesabı ilə qələbə qazanmışdır. Asensio mövsümün sonuna qədər Estadio Kornella-El Pratda 12 assistlə yadda qalmışdır.
Asensio 2016–17 mövsümündə yenidən Santyaqo Bernabeu stadionuna geri dönmüşdür. Asensio klubu ilə debütünü 9 avqust 2016-cı ildə UEFA Superkuboku görüşündə Sevilya klubuna qarşı oyunda etmişdir. Asensio 120 dəqiqə meydanda mübarizə aparmış və 25 metr məsafədən gözəl qolla yadda qalmışdır.Marko Asensionun 25 metrdən vurduğu gözəl qol — Bax.tv Həmin görüşdə Real Madrid rəqibinə 3–2 hesabı ilə qalib gəlmişdir. Asensio liqada debütünü 12 gün sonra Real Sosyedad klubuna qarşı oyunda etmişdir. Asensio görüşdə ikinci qolun müəllifi olmuş və komanda 3–0 hesabı ilə qalib gəlmişdir.
Asensio klubdakı ilk mövsümündə çıxdığı 23 görüşdə üç dəfə fərqləməyi bacarmışdır. Onun klubu isə 2012-ci ildən sonra ilk dəfə milli çempionatın qalibi olmuşdur. O, UEFA Çempionlar Liqasının bu ilki mövsümündə bir neçə qolla yadda qalmışdır. O, Yuventus (4–1 Kardiffdə) klubu ilə final görüşündə 4-cü qolun müəllifi olmuş və komandası bu turnirdə on ikinci titulun sahibi olmuşdur.
Milli karyerası Asensio İspaniyanın müxtəlif gənclər yığmalarında çıxış etmişdir. Asensio U-21 komandası ilə debütünü 26 mart 2015-ci ildə Kartagenada Norveç millisinə qarşı oyunda etmişdir. O, görüşdə qol vuran Jerar Delofeunu əvəz etmişdir. Yoldaşlıq oyununda İspaniya rəqibinə 2–0 hesabı ilə qalib gəlmişdir. İyul ayında Asensio U-19 komandası ilə Yunanıstanda keçirilən UEFA Avropa Çempionatında iştirak etmişdir. Asensio yarımfinalda Katerinidə Fransa millisə ilə oyunda qələbə qollarının müəllifi olmuşdur. O, 88-ci dəqiqədə və əlavə vaxtda fərqlənmişdir.
17 may 2016-cı ildə Asensio Espanyoldakı komanda yoldaşı Pau Lopez ilə birlikdə Bosniya və Herseqovina ilə keçirilən yoldaşlıq oyunu üçün əsas komandaya çağırılmışdır. O, əsas komanda ilə debütünü 29 may 2016-cı ildə İsveçrə millisi ilə oyunda etmişdir. Həmin görüşdə İspaniya rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir.
Asensio baş məşqçi Albert Seladesin rəhbərliyi altında 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. Asensio turnirdəki debüt oyununda het-triklə yadda qalmışdır. Həmin görüşdə İspaniya millisi Makedoniya millisinə 5–0 hesabı ilə qalib gəlmişdir.
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubok1KontinentalÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolMalyorka B2013–14Terkera Diviziyası143—143Malyorka2013–14Sequnda Diviziyası20100—2012014–1536600—366Ümumi56700—567Espanyol2015–16La Liqa34430—374Real Madrid2016–17La Liqa23374833810Ümumi karyera127171048314524 1 UEFA Superkuboku və FİFA Klublararası Dünya Kuboku görüşləri daxildir.
Milli komanda
Milli komandaİlOyunQolƏmsalİspaniya2016200.002017100.00Ümumi200.00
Uğurları
Klub Real Madrid La Liqa: 2016–17 UEFA Çempionlar Liqası: 2016–17 UEFA Superkuboku: 2016 FİFA Klublararası Dünya Kuboku: 2016
Milli komanda İspaniya U19 UEFA Avropa U-19 Çempionatı: 2015
Fərdi Sequnda Diviziya Ayın Oyunçusu: oktyabr 2014 UEFA Avropa U-19 Çempionatı: Qızıl Oyunçu 2015 La Liqa mükafatları İlin Tapıntısı: 2015–16 UEFA Avropa U-21 Çempionatı: Gümüş Ayaqqabı 2017 UEFA Avropa U-21 Çempionatı: Turnirin komandası 2017
İstinadlar
Xarici keçidlər
Asensio Asensio Asensio Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Malyorka FK futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Espanyol FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:2020 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Olimpiya gümüş medalına sahib İspaniya idmançıları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri