() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İyun-iyul aylarında çiçək açır, sentyabrda toxum verir. Kserofit bitkidir. Orta dağ qurşağından subalp dağ qurşağına qədər quru, daşlı, çınqıllı yamaclarda və töküntülərdə rast gəlinir. Dekorativ bitkidir.
Yayılması Naxçıvanın dağlıq hissəsidir (Şərur rayonu – Qaraquş dağı və Kəngərli rayonu — Anabadgədik dağı ətrafı).
Sayı və tendensiyası Antropogen və iqlim təsirlərinə məruz qalması populyasiyanın təbii ehtiyatını məhdudlaşdırır.
Məhdudlaşdırıcı amillər Əhali tərəfindən soğanaqlarının və çiçəklərinin kütləvi toplanmasıdır.
Mühafizə tədbirləri Arpaçay Dövlət Yasaqlığında yayıldığı ərazinin mühafizəsi üçün tədbirlər hazırlanmışdır. Reintroduksiyası tələb olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax