() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar. Mamırlı daşda daşların üzərində olan torpaqda,qayada, açıq və quru yerlərdə bitir.Определитель лишайников России, 2008
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Yarpaq formalı talloma malik kserofit, işıqsevən növdür, soredi və piknidilər vasitəsi ilə çoxalır.
Yayılması Qobustan, Sənqəçal terminalının ətrafı, qayada yayılmışdır.Алвердиева С.М., 2009;
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.Tərtibçinin məlumatı
Məhdudlaşdırıcı amillər Heyvanların sistemsiz otarılması və tapdalanma.
Mühafizə tədbirləri Mühafizəsi üçün növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək, yeni yayılma yerlərini axtarmaq.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Anaptixiya