Evdokiya () — 1971-ci ildə çəkilmiş Yunanıstan dram filmi. Yunan kinosunun ən əhəmiyyətli əsərlərindən biridir.
Məzmunu və Növü Film, baş rollarda olan bir serjantın və bir fahişənin (Evdokiya) qısa və ehtiraslı birlikdəliklərini və evliliklərini izah edir.
Serjant əlaqələri üzərində getdikcə artan cəmiyyət təzyiqi nəticəsində Evdokiyadan ayrılmağa qərar verir lakin bu qərarını tətbiq edə bilmir. Evdokiya peşəsi ilə serjantı cəzb etmiş və özünə çəkmişdir. Filmdə kiçik burjuaziya dairələri, cəmiyyətin lumpenproletariyat ünsürləri, kiçik mənfəətlərin qarşıdurması işlənməkdədir. Evdokiya faciə növünün gözəl bir nümunəsidir. Baş rolların daxili dünyaları, mübarizələri, arzuları və dəyər qarşıdurmaları, sadə, canlı və axıcı şəkildə işlənmişdir. Bu möhkəm quruluş filmin Yunan kinosunun ən əhəmiyyətli əsərlərindən biri olmasına səbəb olmuşdur. Filmin musiqisi isə ən az film qədər məşhur olan "Evdokiyanın Zeyibekkikosu" instrumental bir parça olub Manos Loyizos tərəfindən bəstələnmişdir.
Mükafatları İlMükafatKateqoriyaNəticə19711971 Yunanıstan Film MükafatıƏn Yaxşı Aktrisa 1986Yunan Film Tənqidçiləri BirliyiƏn Yaxşı Yunan Filmi
İstehsalı Filmin ssenarisinə görə əsər "Şimali Yunanıstanda Kiçik Bir Qəsəbə"-də olmasına baxmayaraq, Attikada (Çayidari, Aiqaleo, Aqiya Paraskevi və Kifissiya) çəkilmişdir. Məşhur Zeyibekiko səhnəsi, Kifissiyadakı bir lokalidə çəkilmişdir.
Rollarda Mariya Vassiliyou — Evdokiya Qiyorqos Koutouzis — Qiyorqos Paşos Koula Aqaqiyotou — Mariya Koutroubi Kristos Zorbas — Qiyorqos
Xarici Keçidlər Evdokia IMDb-də
İstinadlar
Kateqoriya:Yunanıstan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Faciə filmləri Kateqoriya:Yunanıstan haqqında filmlər Kateqoriya:Yunanca filmlər Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:1971-ci ilin filmləri