Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur.

1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar.

Siyahı # Adı (şeyxülislamlıq dövrü)TəsviriFəaliyyəti 1Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə (1823–1846)150px Məhəmmədəli Hüseynzadənin etirazlarının Peterburqa çatması nəticəsində Çar I Nikolay Azərbaycan bəylərinin torpaq mülkiyyətini tanımış və mülkiyyət hüququnda rus qanunları ilə birlikdə şəriət hüqununun da istifadəsinə icazə vermişdir. Beləliklə, şəriət məhkəmələrinin rolu artmış və Hüseynzadənin təsir imkanları genişlənmişdir. Onun fəaliyyəti nəticəsində, 1844-cü ildə Gəncə İmamzadəsinin torpaq sahəsi geri qaytarılmışdır. Şeyxülislam ərəb və fars dilindəki kitabları Azərbaycan və rus dillərinə tərcümə etmişdir. "Ağızdan-ağıza keçmiş hədislər", "İslamın möcüzələri", "Qiyamətdə ölülərin dirilməsi", "Qəlb qidası" əsərlərinin müəllifidir. Onun verdiyi fəxri ad "Əbu Turab" idi. Rus hakimiyyəti ilə tam yola gedə bilmədiyi üçün, 1846-cı ildə istefaya getmişdir.Mənşəyi: SalyanXarici təhsili: İraq 2Şeyxülislam Fazil İrəvani (1847–1862)Fazil İrəvaninin dövründə idarə fəaliyyətinə prokuror nəzarəti ləğv edildi, ruhani idarəsi yüksək ruhani şəxslərinin təyinini özü həyata keçirdi, nikahın qeydə alınması və pozulması axundlara həvalə edildi, ailə münaqişələri mahal qazısı tərəfindən həll edilirdi, yalnızca cinayət olarsa, ümumi məhkəmələrə müraciət edilirdi. Şeyxülislama bu dövrdə dini məsələlərdə fətva vermək hüququ verilmişdir.Mənşəyi: İrəvanXarici təhsili: Qahirə 3Şeyxülislam Axund Əhməd Hüseynzadə (1862–1884)150px| Əhməd Hüseynzadə özünü din adamından daha çox Rusiya məmuru olaraq aparır, məscidləri təftiş etməsi barədə hesabat, müridizmin aradan qaldırması haqqında mülahizələri onun "etimadı doğrultduğunu" göstərirdi. O, müridizmi cəhalət vasitələrindən biri hesab edirdi. 5 aprel 1872-ci ildə Şiə Müsəlmanları Ruhani İdarəsi və Sünni Müsəlmanları Ruhani İdarəsi yaradılmış, beləliklə, Əhməd Hüseynzadənin fəaliyyəti və səlahiyyətləri genişlənmişdir. Hüseynzadə Mirzə Fətəli Axundovla sıx əlaqədə olmuş, Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılmasında iştirak etmişdir. Onun dini tədris müəssisəsi açmaq təşəbbüsünu irəli sürmüşdür.Mənşəyi: SalyanXarici təhsili: İraq1872-ci ildə Şiə Müsəlmanları Ruhani İdarəsi və Sünni Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. 4Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə (1885–1893)1885-ci ildə Qafqazın şeyxülislamı və Şiə Ruhani İdarəsinin sədri təyin edilmişdir. 1887-ci ildə "Samouçitel tatarskoqo yazıka, ili rukavodstvo" adlı dərslik hazırlamışdır, məqsəd azərbaycan dilini öyrənmək istəyən ruslara kömək etmək idi. O, həmçinin Tiflisdə azərbaycan və rus dillərindən təhsil verən məktəbi himayə etmişdir. O, xeyriyyəçi idi.Mənşəyi: ŞuşaXarici təhsili: Qacar dövləti (Təbriz) 5Şeyxülislam Axund Əbdüssəlam Axundzadə (1895–1907)150pxƏbdüssəlam Axundzadə tərəfindən imzalanmış "Tövsiyənamə"də xristian və müsəlmanların dost və yaxın olması məsləhət görülür, Rusiya imperatoruna (çar) səcdə etmək, dua oxumaq tövsiyə edilirdi. 1896-cı ildə Axundzadə çarın tacqoyma mərasimində iştirak etmiş, ona xeyir-dua vermişdir. 1905-ci il Azərbaycan–erməni qırğınları dövründə münaqişəyə qarşı mübarizə aparmışdır. "Müqəddəs peyğəmbərlərin tarixi" adlı əsərin müəllifidir.Mənşəyi: Salyan 6Şeyxülislam Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi (1907–1909)150pxQafqazın şeyxülislamları arasında bu vəzifəni ən qısa müddət icra edən şəxsdir. 1908-ci ildə şeyxülislam əvəzi olaraq təsdiqlənmiş, 1909-cu ildə isə şeyxülislam seçilmişdir. 1909-cu ildə vəzifədən azad olunmasının səbəbi şəxsi keyfiyyətləri ilə, milli təfəkkürlü ziyalı olması ilə izah edilir. Şəkavi Quranı Azərbaycan dilinə tərcümə etmişdir.Mənşəyi: Şəki 7Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə (1909–1918)150pxQafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri təyin edilsə də, sadəcə icraçı olmuş, Rusiya hökuməti onun vəzifəsini təsdiqləməmişdir. Ehtimal edilir ki, Birinci Dünya müharibəsində Osmanlının Rusiyaya cihad etməsini dəstəkləməməsi siyasi manevr idi, rus məmurlarının istəyini məcburi ifadə edirdi. 1914-cü ildə Tiflisdə onun çıxışı Çar II Nikolay tərəfindən dinlənmişdir. 1915-ci ildə II Nikolay tərəfindən Pişnamazzadənin Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya şeyxülislamı vəzifəsi rəsmən təsdiqlənmişdir. Pişnamazzadə AXC hökumətinə təklif etmişdir ki, "Məşixət-i İslamiyyə" ruhani idarəsi yaradılsın və bu təşkilata tam müstəqillik verilsin, həmçinin şeyxülislam Nazirlər Kabinetinin üzvü hesab edilərək, iclaslarda iştirak hüququ əldə etsin.Mənşəyi: GəncəXarici təhsili: Qacar dövləti (Təbriz) 8Şeyxülislam Axund Ağa Əlizadə (1918–1920, 1944–1954)150px 9Şeyxülislam Axund Mirmehdi Həkimzadə (1954–1966)150px 10Şeyxülislam Axund Əliağa Süleymanzadə (1968–1976) 11Şeyxülislam Axund Mirqəzənfər İbrahimov (1978–1979)150px 12Şeyxülislam Hacı Allahşükür Paşazadə (1980-dan bəri)150px

İstinadlar

Ədəbiyyat Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 39–41. ISBN 978-9952-490-50-3

Kateqoriya:Azərbaycanda din