Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair.
Həyatı 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir.
Hakimiyyəti Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı. Qandikota və Qutti torpaqlarının ilhaqını isə türkmən sərkərdə Rüstəm xana tapşırdı. Vicayanaqar hakimi II Venkata əvvəl sülhə razı oldu və mühasirəni bu üsulla ləğv etməyi bacarsa da, yenidən müharibə elan etdi. Qarşıdurmanın qızışdırığını görən Qütbşah bu dəfə Rüstəm xanın başçılığı altında 100.000 əsgəri hücuma göndərdi. Lakin hindliların tələsinə düşən Rüstəm xan artilleriya atəşləri altında əsgərlərinin yarısını itirdi, özü isə öldürüldü. Qütbşah Krişna çayının sahilinə çəkilməli və atasının aldığı torpaqları qaytarmalı oldu.
Ədəbi fəaliyyəti Farsca, Teluqu və Urdu dillərində şeirlər müəllifidir.Annemarie Schimmel, Classical Urdu Literature from the Beginning to Iqbāl, (Otto Harrassowitz, 1975), 143. 1800 səhifədən ibarət külliyatın əsas hissəsi divan ədəbiyyatı, 300 səhifədən artığı məsnəvi və mərsiyyə, 100 səhifədən çoxu isə qəzəl və qəsidələrdən ibarət idi. Urdu ədəbiyyatında ilk sahib-i divan təxəllüsü almış şəxsdir.
Ailəsi 1591-ci ildə indiki Çarminar məscidinin yerində olan Çiçelam kəndində Pakmati adlı bir rəqqasə ilə tanış olub evlənmişdi. Daha sonra Heydər Mahal adını almışdır. Yeganə övladı Həyat Bəxş xanım, qardaşı oğlu Sultan Məhəmməd şah ilə evlənmişdi.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Qaraqoyunlu hökmdarları Kateqoriya:Sultanlar Kateqoriya:Şiələr