Ançar (Antiaris) – tut fəsiləsindən bitki cinsi. Birevli ağac və ya kollardır. Asiyanın, Afrikanın tropik qurşaqlarında və Madaqaskar adasnda 5–6 növü məlumdur. Ən çox yayılan zəhərli ançar (A.toxicaria) növü – həmişəyaşıl ağac olub (hünd. 40 m-ədək), çətiri kiçik və dəyirmidir; yarpaqları yumurtavarı-uzunsovdur. Afrikadan Cənubi Çinədək və Fici adalarında yayılmışdır. Tərkibində zəhərli süd şirəsi vardır. Aborigenlər ondan ox ucluqlarına sürtmək üçün istifadə edirdilər. Uzun müddət ançar həddən artıq zəhərli bitki hesab edilirdi. Tədqiqatlar onun qeyri-adi zəhərliliyə malik olmasının şişirdildiyini göstərmişdir.

İstinadlar

Kateqoriya:Tut Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri