() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Qısa morfoloji təsviri Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5-8 sm diametrindədir, qalın lətlidir, yarımdairəvi, mərkəzdə enli təpəcikli, bozumtul qəhvəyi, kənara getdikcə kremvari-ağ, əsasən mərkəzdə iri, bozumtul qəhvəyiyə bənzər pulcuqvaridir. Lövhələr sərbəst, kollariuma birləşmiş, papaqcıqdan asan yarılan, ağ, sonradan krem rəngli, quruduğu zaman qəhvəyi rəng alır. Lövhələr arasında müxtəlif ölçüdə lövhəciklər olur. Ayaqcıq 4-10 x 1.5-2sm əsasa doğru nazikləşən və torpaq altında, kökəbənzər çıxıntılıdr. Hamar, ağımtıl, əsasa doğru qəhvəyilşən, ayaqcığın ortasında qıfabənzər ağ halqanın üstü hamar, alt hissəsi dilimlidir. Ləti sıx ağ, havada qəhvəyiləşəndir, xoş ətri və dadı var. Yeməli və ya zəhərli olması məlum deyil. Termofil növdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrofudur. Payızda oktyabr-noyabr aylarında park, bağlarda rast gəlinir.
Yayılması Abşeron ərazisidir (Mərkəzi nəbatət bağında açıq sahə, Novxanı bağlarında qumluqlarda).
Sayı və tendensiyası Populyasiyasıyanın vəziyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Məlum deyil, çox maraqlı, termofil növdür.
Mühafizə tədbirləri Tək-tək rast gəlməsini nəzərə alaraq mühafizə edilməsi vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yeməli göbələklər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər