() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs–yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir. Tac mavi rəngli, 2 1/2 dəfə kasacıqdan uzundur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə may-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında daşlı, əhəngli yerlərdə bitir.
Yayılması Kiçik Qafqazın şimal hissəsidir (Göygöl rayonu).
Sayı və tendensiyası İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Məhdudlaşdırıcı amillər İqlim dəyişilməsi, otarılma və tapdalanmadır.
Mühafizə tədbirləri Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları