Silene talyschensis Schishk.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, endemik növüdür.
Regional IUCN Statusu VU D2.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Birillik ot bitkisidir. Gövdələri 20-25 sm hündürlükdədir. Kökyanı yarpaqları kiçik, uzunsov, tərs – yumurtavari, ket, saplaqlı, gövdə və lansetli, sivri, aşağı hissədə qısa saplağa çatanda daralır, çox vaxt ellipsşəkilli və ya yumurtavari, 2-4 sm uzunluqda, 0,5-2 sm enində, yuxarı yarpaqlar isə oturaqdır. Budaqlarda yerləşən çiçəklər birtərəfli, oturaq, çiçəkləmə vaxtə horizontal əyilmiş vəziyyətdə olur. Kasacıq 10-12 mm uzunluqda, silindrik, ağ ya da boz tüklənmiş qıvrım tüklərlə örtülmüşdür. Qozası 6-7 (8) mm uzunluğunda, enli-yumurtavari, qısa 1,5-2 mm-dək çılpaq karpofor üstündədir. Toxumlar 1,5-2 mm uzunluqda, tumurcuqvri, qara, qabarıqlıdır. http://redbook.az/?options=project&id=Tal%C4%B1%C5%9F%20qoyunqula%C4%9F%C4%B1 1. Флора Азербайджана, 1952;
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevəndir. Dağ kserofit qruplaşmalarının komponentidir. Orta daö qurşağında quru, çınqıllı yamaclarda, çınqıl daşlarda rast gəlinir . 2. Ахундов Г.Ф., 1972Schtaz G., Shulkina T., Solomon J., 2013;
Yayılması: Diabar.
Sayı və tendensiyası Antropogen amillərin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amilləri Antropogen amillər (tapdalanma, otarılma) və populyasiyanın zəif təkrar olunması.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar