Dianthus schemachensis Schischk.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii, iv, v) c (iii, iv) + 2ab(ii) c (ii, iii). Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Çoxillik, tünd – göy rəngli ot bitkisidir. Gövdələri dəstə şəklində kökümsovdan qalxır, (9)12—20(25) sm uzunluğunda, düz yaxud qalxanvari şəkildə olurlar. Yarpaqlar oturaq, əsasında ensiz-xətli, 1–2 mm enində, sivrilmiş, qıraqlardan nahamardır. Çİçəkləri tək-tək yerləşir. Kasacıq 26—30(23) mm uzunluqda, qabıqlı, silindrik, ağımtıl, çox vaxt al-qırmızı rənglidir. Yarpaqların ayası 6–8 mm uzunluğunda, tərs – yumurtavari, üstdən ağımtıl, alt tərəfdən çəhrayıdır.Флора Азербайджана, 1953

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir. Toxum və kökümsovla çoxalır. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda, töküntülərdə, qayalarda, yovşan yarımsəhralarında, taxıllarda, müxtəlifotlu qruplaşmalarda rast gəlinir.. Ахундов Г.Ф., 1972;

Yayılması Böyük Qafqazın şərqi (Bakı – Şamaxı yolunda, Şamaxı rayonu—Daşlıca dağı), Abşeron (Güzdək yaylası), Kür-Araz ovalığı (Qaradağ rayonu—Qobustan qəsəbəsi), Samur – Dəvəçi ovalığı (Şabran rayonu, Gilgilçay boyu, Beşbarmaq dağı).. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012;

Sayı və tendensiyası Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılıllığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər Populyasiyanın az saylı olması və mənfi antropogen amillərin təsiri (infrastrukturun inkişafı, otarılma, tapdalanma) Şamaxı qərənfilinin ərazi və say baxımından artmasını olduqca məhdudlaşdırır.

Mühafizə tədbirləri Hal-hazırda xüsusi qorunma tədbirləri aparılmır. Növün qorunması və davamlılığının təmin olunması üçün yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərənfil Kateqoriya:Bitkilər Kateqoriya:Azərbaycan florası