() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından kiçikdir. Sapı sarı, 2-2,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1-1,5 sm uzunluğundadır.

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətlər Bozqırlarda və orta dağ qurşaqlarında, qış otlaqlarında, quru-otlu yamaclarda, gilli, çınqıllı, daşlı yerlərdə yayılır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Kseromezofitdir.

Yayılması Qobustan, Abşeron, Kür-Araz ovalığı, Naxçıvan düzü (Duzdağ, Darıdağ, Aracıq dağ ətəklərində) .

Sayı və tendensiyası Populyasiyalarına az rast gəlinir. Antropogen amillər azalma təhlükəsini yaradır

Məhdudlaşdırıcı amillər Əhali tərəfindən intensiv toplanması və zoogen amillər.

Mühafizə tədbirləri Təbii ehtiyatları azdır. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1776-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:20–24 ID olan Taksonbar