Göl qurbağası () — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür.
Qurbağanın ilk növü
Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir. Gözləri quru onurğalılarına xas olan alt və üst göz qapaqlarına malik olmaqla bərabər, həm də alt göz qapağının altında onun törəməsi kimi inkişaf edən üçüncü göz qapağı ilə örtülmüşdür. Nisbətən böyük ağızın üst çənəsinin üstündə bir cüt burun dəliyi yerləşir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inkişaf edərək, aralarında pərdəsi olan beş barmağa malikdir. Ön ətraf isə qısa və bütün hazırkı amfibilər üçün xarakterik olan dörd barmaqlıdır. Bədənin arxa ucunda kloaka yerləşir.
Dəri örtüyü Dəri bədənə hər yerdən deyil, yalnız müəyyən nahiyələrdə birləşir. Bədənlə dəri örtüyü arasında böyük boşluqlar vardır. Bura limfa toplandığından, bu boşluqlara limfa kisələri və ya limfa boşluğu da deyilir. Dərinin epidermis qatı çoxhüceyrəli qədəhəbənzər vəzilərlə zəngin olduğundan, bədən həmişə yaş olur və onların suda rahat üzməsi üçün şərait yaradır.
Skeleti Skelet üç hissəyə bölünür: kəllə qutusu, onurğa və ətrafların skeleti. Kəllə qutusu iki hissədən-ox və visseral kəllədən ibarətdir. Ox kəllə və ya kəllə qutusu əsasən qığırdaqdan və qismən sümüklərdən təşkil olunmuşdur. Kəllə qutusunun ənsə hissəsi iki yan ənsə sümüklərindən ibarət olub, alt və üst hissələri qığırdaqdır. Hər bir yan ənsə sümüyünün bir oynaq çıxıntısı vardır ki, məhz bu çıxıntı vasitəsilə kəllə birinci boyun fəqərəsinə qismən hərəkətli birləşir. Kəllədə iki ənsə çıxıntısının olması amfibilər üçün xarakterikdir. Eşitmə nahiyəsində balıqlardan fərqli olaraq, yalnız bir cüt ön eşitmə sümüyü qalır. Görmə nahiyəsinin önü dairəvi formalı paz-qoxu sümüyü ilə əhatə olunmuşdur. Kəllənin visseral hissəsində damaq-kvadrat qığırdağı qurbağanın bütün ömrü boyu qalır və özünün ön və arxa ucu ilə kəllə qutusuna birləşir. Bu cür kəllə tipi autostil kəllə adlanır. Damaq-kvadrat qığırdağın önündə yerləşən gözqabağı çıxıntının alt hissəsinə bir cüt çöpşəkilli damaq sümüyü birləşir. Damaq-kvadrat qığırdağın arxa hissəsi üstdən kvadrat-almacıq və pulcuq sümüklərilə, altdan qanadvari (pterygoideum) sümüklə örtülmüşdür. Çənə vəzifəsini isə iki ədəd cüt çənəarası (praemaxillare) və üst çənə (maxillare) sümükləri yerinə yetirir. Üst çənə sümüyünün arxasında kvadrat-almacıq (quadratoyugale) sümüyü yerləşir. Bu sümük ön ucu ilə üst çənə sümüyünə, arxa ucu ilə damaq-kvadrat qığırdağına birləşərək ağızın kənarlarında aşağı gicgah qövsü adlanan sümük körpücüyünü əmələ gətirir. Alt çənə, əsasən, mekkel qığırdağından əmələ gələrək, xaricdən diş (dentale) və künc (angulare) sümükləri ilə örtülmüşdür. Kəllə tipinin autostil olması ilə əlaqədar olaraq, qəlsəmə qapaqları tam reduksiya etmiş və dilaltı qövsün üst elementi (hyomandibulare) çox kiçik üzəngi (stapes) sümüyünə çevrilmişdir. Bu sümük orta qulaq boşluğuna keçib eşitmə sümüyü vəzi-fəsini icra edir. Dilaltı və qəlsəmə qövslərinin alt elementləri dilaltı skeletə çevrilmişdir. Ümumiyyətlə, amfibilərin kəlləsi ilə balıqların kəlləsi bir-biri ilə müqayisə edildikdə burada bir sıra xüsusiyyətlər aşkar edilir. Belə ki, ancaq suda-quruda yaşayanlar üçün xarakterik xüsusiyyətlərə aşağıda-kıları göstərmək olar: damaq-kvadrat qığırdağın kəllə qutusuna keçməsi, hiamandibularenin qəlsəmə qapaqlarının dayağı vəzifəsindən azad olub, qulaq sümüyünə-üzəngiyə çevrilməsi, qəlsəmə qövslərinin qismən atro-fiya etməsi və dilaltı skeletə çevrilməsi, iki ənsə çıxıntısının olması və ilk kəllənin (chondrocranium) çox hissəsinin qığırdaq olaraq qalmasıdır. Onurğa: 9 fəqərədən ibarət olan ox skeleti: 1 boyun, 7 gövdə, 1 oma və quyruq şöbələrinə bölünür. Quyruq hissəsi nisbətən uzun bir sümük olub, urostil (urostyl) adlanır. Fəqərələr ön tərəfdən basıq, arxa tərəfdən isə qabarıq olduğundan prosöl tipli fəqərə adlanır. Fəqərələrin bel və yan çıxıntıları vardır. Bel çıxıntılarının əhatəsində onurğa beyni yerləşir. Qabırğalar yoxdur. Ətraf skeleti-ön və arxa ətraf skeletindən ibarət olub, ayrı-ayrılıqda qurşaq və sərbəst ətraf skeletinə bölünür. Ön ətrafın çiyin qurşağına 3 element — kürək sümüyü (scapula), korakoid (coracoideum) və prokorakoid (procoracoideum) daxildir. Bu üç sümük bazu sümüyünün oynaq yerində bir-birilə birləşir. Qığırdaq formada olan prokorakoidin üzərində körpücük (clavicula) sümüyü yerləşir. Kürək sümüyünün distal ucuna enli kürəküstü qığırdaq yapışır. Çiyin qurşağının qarın tərəfini korakoid üstü qığırdaq, onun önündə isə döşqabağı sümük (episternum) yerləşir. Döşqabağı sümüyün arxasında qığırdaqla qurtaran döş sümüyü (sternum) yerləşir. Fəqərələrdə qabırğalar olmadığı üçün döş sümüyü onurğa ilə birləşmir. Döş qəfəsinin olmamasına görə, ön ətrafın qurşaq hissəsi döş elementləri ilə birlikdə əzələlər içərisində uzanan qövs əmələ gətirir. Çanaq qurşağı qalça, qasıq və oturaq sümüklərindən ibarətdir. Qalça (ilium) sümükləri qismən uzun sümüklər olub, proksimal ucları ilə oma fəqərəsinin köndələn 1,2 çıxıntısına, distal ucları isə bir-birilə birləşib, sirkə kasasının (acetabulum) əmələ gəlməsində iştirak edirlər. Bud sümüyünün oynaq başının daxil olduğu sirkə kasasının əmələ gəlməsində qalça (ilium), oturaq (ischium) və qasıq (pubis) sümükləri iştirak edir. Sərbəst ətraf skeleti. Həm ön, həm də arxa ətraf skeleti eyni sxemdə olub, onurğalıların ətraf skeletinə müəyyən qədər oxşasa da, bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir. Belə ki, qurbağanın ön ətrafında mil və dirsək sümükləri öz aralarında birləşərək bir sümük əmələ gətirmişdir. Biləyin distal sırasında olan 3 sümük həm öz aralarında, həm də biləyin orta cərgəsindəki sümüklərlə birləşərək bir sümük yaratmışdır. Birinci barmaq tam inkişaf etməmiş və ancaq əl darağı sümüyü şəklində qalmışdır. Arxa ətrafda isə baldırda qamış və incik sümükləri bir-birilə birləşə-rək bir sümük əmələ gətirmişdir. Ayaq daraqarxasının proksimal cərgəsi qismən uzunsov olan iki sümükdən ibarətdir. Ayaq daraqarxasının distal və orta hissələri birləşmiş və 1-ci barmağın qabağında əlavə barmağın rudimenti qalmışdır.
Əzələ sistemi Balıqlara nisbətən ətraf əzələlərin yaxşı inkişaf etməsi və çox differensiasiya etmiş əzələlərin olması ilə fərqlənir. Əzələlərin seqmentasiyası pozulmuş və yalnız qarın və bel əzələlərində nəzərə çarpır.
Həzm sistemi Ümumi ağız-udlaq boşluğu qısa qida borusuna, o da öz növbəsində mədəyə açılır. Bağırsağın arxa qurtaracaq hissəsi nisbətən geniş olub, kloaka ilə qurtarır. Ağız-udlaq boşluğuna bir cüt xoanalar, orta qulaq 5 boşluğu olan yevstax dəliyi və qırtlaq yarığı açılır. Ağız-udlaq boşluğunun dibində əsl dil yerləşir. Dilin ön ucu ağız dibinin ön hissəsinə birləşmişdir. Dişlər xırda, eyni tipli, konusvari formada olub, çənəarası, üst çənə və xış sümükləri üzərində yerləşir. Onların əsas funksiyası qidanı çeynə-mək deyil, yalnız tutub saxlamaqdan ibarətdir. Həzm prosesində nisbətən yaxşı inkişaf etmiş qaraciyərin ifraz etdiyi ödün xüsusi rolu vardır.
Qan-damar sistemi