Aşağıdaki personajlar Harri Potter romanlar seriyasındaki, Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbi'nin işçiləri, sakinləri və qurucularıdır.

Heyət və vəzifələri Xarakter Ders / YerləşməArxa plan Katbert Binns Sehr tarixi Bütün seriya ərzində Sehr tarixi dərsinin müəllimidir. Hoqvartsdaki tək Ruh müəllim olma xüsusiyyətinə malikdir. Bir gün müəllimlər otağında bir kresloda uzandığı sırada yuxusunda öldüyü, daha sonra qalxıb dərsə getdiyi və bədənini ardında buraxdığı deyilir. Filmlərin heç birində özünə yer verilməmişdir. Charity Burbage Maql Tədqiqatları Harri məktəbə başlamadan əvvəl Maql Tədqiqatları dərsinin müəllimi olmuşdur. Albus Dambldor Müdir / Forma Dəyişdirmə Arqus Filç Xadimə Firenze Fal Filius Flitvik Tilsim Rubeus Haqrid Sehirli Məxluqların Qulluğu / Keşikçi Rolanda Huç Uçuş Bütün seriya ərzində Qviddiç hakimi və birinci sinif şagirdlərinin uçuş təlimatçısı. Qısa, tikanlı və boz saçlara, adamın içini deşən gözlərə sahib olaraq verilib. Gilderoy Lokhart Qaranlıq Sənətlərə Qarşı Müdafiə Remus Lupin Qaranlıq Sənətlərə Qarşı Müdafiə Minerva MakQonaql Forma Dəyişdirmə / Müdir Köməkçisi / Müdir Alastor Mudi Qaranlıq sənətlərə Qarşı Müdafiə İrma Pins Kitabxanaçı İlk olaraq Harry Potter və Fəlsəfə Daşı kitabında adı keçmişdir. Hoqvartsda Kitabxanadan məsuludur. Kitabxana qaydalarına son dərəcə bağlıdır. Kitabxanada səs-küy edilməsinə icazə verməz, icazəsi olmayanların Qadağan olunan Hissəyə girmələrini mane olar. Kitabxanada şokolad yeyilməsinə icazə verməz. Poppi Pomfrey Tibb bacısı Kuirinus Kuirell Qaranlıq sənətlərə Qarşı Müdafiə Aurora Sinistra Astronomiya Bütün seriya ərzində astronomiya müəlliminin. Horas Slaqhorn Eliksir Severus Sneyp Eliksir / Müdir / Qaranlıq sənətlərə Qarşı Müdafiə Pamona Spraut Bitki Elmi Sibil Trolouni Fal Dolores Ambric Qaranlıq sənətlərə Qarşı Müdafiə / Müdir Septima Vektor Aritmiya Bütün seriya ərzində Aritmiya müəllimindir.

Əhəmiyyətli müəllimlər və personal

Arqus Filç Arqus Filç, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində xadimə olaraq çalışmaqdadır. Harri Potter romanlar seriyasındaki bütün kitablarda adı keçməkdədir. Kitabda Arqus Filçin bir Qofti(Sehrbaz nəslindən gəlməsinə baxmayaraq heç bir sehr gücü olmayan insana verilən bir sözdür) olduğu deyilməkdədir. Bu görə şagirdləri sevməz. Xüsusilə Harri Potter, Fred və Corcdan nifrət edər. Harrinin seçilmiş adam olmasına baxmayaraq heç bir səhvini bağışlamaz. Qaydaçı, qatı bir xarakteri vardır. Işgəncəni sevməsi ilə sadist ruhlu biri olduğu ortaya ilk kitapa çıxmışdır. "Missis Norris" adında bir pişiyi vardır.

Filius Flitvik Filius Flitvik, Hoqvartsda Tilsim dərsi müəllimi və Ravenklou Bina sədridir. Çox qabiliyyətlidir. Gənckən duel çempionu idi. Bu sayədə Tilsim müəllimi olmuşdur. Boyu qısa olmasına baxmayaraq çox yaxşı duel edir. Hoqvarts Döyüşündə məktəbə bəzi qoruma caduları tətbiq etmişdir. Sevimli və məzəli bir müəllimdir. Möhkəm bir Dambldor dəstəkçisidir və Severus Sneypə nifrət edir. Boyu 1,16 smdir.

Gilderoy Lokhart Gilderoy Lokhart, adı ilk olaraq Harry Potter və Sirlər Otağı kitabında keçmişdir. Sarı dalğalı saçları, parlaq mavi gözləri və inci kimi dişləriylə çox yaraşıqlıdır. Harri 'nin Qaranlıq sənətlərə Qarşı Müdafiə dərsinə girmişdir. Eqoist bir xarakteri vardır. Harry Potter və Sirlər Otağı kitabında sirlər otağının girişində Ronu qırıq əsasıyla cadu etmiş və cadu geri təpmiş və unutdurma ovsununu özünə etmişdir. St. Mungo Sehrli Xəstəliklər və Zədələri Xəstəxanasına aparılmışdır. Harri Potter və Simurq Ordeni kitabında təkrar adı keçmişdir. Lokhart, Rəngli geyimlər geyən, ucu iti cadugər şapkası istifadə edən, dalğalı saçlı, qürurlu və eqoist biridir.

Ikinci ilin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimidir. Macəralarını kitablara yazır, lakin bu macəralar başqalarının yaşadıqlarıdır. Gilderoy, bu insanlara Yaddaş Sehri edərək onların heç bir şey xatırlamamalarından istifadə edir. Macəralar da onun olur. Harrinin ağıl müəllimi olmaq istəmişsə də Harri bunu qəbul etməmişdir.

Minerva MakQonaql Minerva MakQonaql, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində, Müdir müavini, Forma dəyişdirmə müəllimi, Qriffindor Bina başçısıdır. Ən güclü sehrbazlar arasındadır. Dambldor və Ordenin böyük dəstəkçilərindəndir. Hoqvarts müharibəsində Kinqsli Şaklbolt və Horas Slaqhorn ilə birlikdə Voldemortla duel etmişlər. Voldemort öldükdən sonra Hoqvartsın müdirəsi olmuşdur.

Seriyanın başında Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində müdir müavini, Qriffindor Binası direktoru və Forma dəyişdirmə müəllimidir.

MakQonaqlın ümumiyyətlə möhkəm bir toppuz etdiyi qara saçları, açıq yaşıl cübbəsi və doğruçu bir baxışı vardır. Coan Roulinqə görə personaj, olduqca hərəkətli və enerjili bir yaşlıdır. MakQonaqlın bir də dördkünc eynəkləri vardır. Hoqvarts'ta müdir müavini və Forma Dəyişdirmə Müəllimi olduğu sırada etdiyi imtahanlarda Pişikə çevrilir. Çünki pişiklərin gözləri çox daha kəskindir. Qatı, öz danışan, ümumiyyətlə duyğularını gizlədən Professor MakQonaql hər şeyə baxmayaraq Hoqvartsdaki tələbələrin yaxşılığı, Qriffindor və hətta Harri Potter üçün əlindən gələni etmişdir. MakQonaql eyni zamanda Albus Dambldor və Simurq Ordeninin ən sadiq dəstəkçilərindəndir. Bir Animagus olan Minerva MakQonaql istədiyi zaman bir pişiyə çevrilə bilir.

Hoqvarts Döyüşündən sonra Harrinin istəyi ilə Severus Sneypin portretini otağına astırmıştır. Ancaq Sneyp Portreti tərk etmişdir.

Pomona Spraut Pomona Spraut, adı ilk olaraq Harri Potter və Fəlsəfə Daşı kitabında keçmişdir. Hoqvartsda Bitki Elmi dərsi keçir və Haflpaff binasının başçısıdır. Şagirdlərinə parniklərdə dərs verir. Ən yaxşı şagirdi olaraq qəbul edilən adam Nevil Lonqbatımdır. (Nevil Lonqbatım da illər sonra Hoqvarts'da Bitki Elmi professoru olmuşdur.)

İlk kitabda fəlsəfə daşını qorumaq üçün keçidə şeytan tələsi qurmuşdur. 2-ci kitabda daşlaşanları yaxşılaşdırmaq üçün Professor Snape ilə birlikdə Adamotu eleksiri hazırlamışdır. 6-cı kitabda (Mələz Şahzadə) at adamları Dambldor adına ziyarət etmiş və döyüşdə müttəfiq olmaq istəmişdir. (Remus Lupin'in qurd adamlara Hagrid'in isə nəhənglər getməsi kimi.)

Məktəb Ölü yeyənlər tərəfindən ələ keçirildiyində digər bina başçıları ilə birlikdə şagirdləri Kərrou Qardaşlara qarşı qorumuşdur. Simurq Ordeninə üzv olmamışdır, lakin möhkəm bir Dambldor dəstəkçisidir. Hoqvarts savaşı öncəsi Simurq Ordeni üzvlərinin məktəbə girməsiylə birlikdə məktəbdəki Ölü yeyənin və müdir Severus Sneypə qarşı əsasını qaldırmışdır. Sneyp qaçdıqdan sonra məktəbdə müəllimlər və tələbələrlə birlikdə Hoqvartsın Qaranlıq Lord əmrindəki rəhbərliyinə qiyam qaldırmış Qəsr içindəki Ölü yeyənlərlə döyüşmüş və onları qovmuşdur. Qaranlıq Lord'u məktəbdən uzaq tuta bilməyəcəyini söyləyən Professor Filius Flitvikə "Amma onu gecikdirə bilərik." deyə cavab vermişdir. Döyüş əsnasında məktəbin ətrafına şeytan hiylələri və zəhərli sarmaşıqların bitkilərini yerləşdirmiş bu nəhəngləri qaladan uzaq tutmağı bacarmışdır. Döyüşdə Astronomiya qülləsində döyüşmüşdür. Yetişdirdiyi Qurdboğan bitkilərini Qurd adamları məktəbdən uzaq tutmaq üçün istifadə etmişdir. Döyüşdən sonra Pomona Spraut məktəbdə müəllimlik etməyə davam etdi. 2017-ci ildə təqaüdə oldu və yerinə Nevil Lonqbatım keçdi.

Sibil Trolouni Sibil Trolouni, Hoqvarts cadugərlik və sehrbazlıq Məktəbində, Fal dərsi keçmişdir. Voldemortla əlaqədar Dambldora İyul ayında Qaranlıq Lordu məğlub edəcək bir oğlan uşağının doğulması ilə əlaqədar "Qaranlıq lordu məğlub edəcək olan gəlir… yeddi ay ölərkən doğulacaq .. Qaranlıq Lorda üç dəfə qarşı çıxanlardan doğulacaq. Və Qaranlıq lord uşağı tayı olaraq işarətləyəcək" demişdir..

1969-cu ildə Donuz Başında qaldığı bir dövrdə Hoqvartsda işə başlamaq üçün Professor Dambldor ilə görüşmüşdür. Danışıqları zamanı ilk gerçək falını demişdir. Fal iyul ayında Qaranlıq Lordu məğlub edəcək bir oğlan uşağının doğulması ilə əlaqədardır "qaranlıq lordu məğlub edəcək olan gəlir… yeddi ay ölərkən doğulacaq… qaranlıq Lorda üç dəfə qarşı çıxanlardan doğulacaq. Və qaranlıq lord uşağı tayı olaraq işarətləyəcək, amma uşaq Qaranlıq Lordun bilmədiyi bir gücə sahib olacaq. biri digərinin əlində öləcək. Çünki biri yaşayarkən digəri varlığını davam etdirə bilməz. Dambldor onu Hoqvartsda müəllimlik etməsi üzərinə işə götürmüşdü. O zamandan bəri də Hoqvartsda Fal Müəllimi olaraq vəzifə yerinə yetirməkdədir. Çox zəif, böyük eynəyi, gözlərini normalın bir neçə qatı böyüklükdə göstərir. Üstünə tüllərlə bəzəkli bir şal dolayır. Cılız boyunun ətrafından saysız zəncir və muncuq sallanır və əlləri qolları bilərziklərlə üzüklərlə doludur. Məşhur falçı Kassandra Trolouninin nəvəsinin nəvəsidir.

Özü, Harri və Voldemort ilə əlaqədar kəhanət dediyinin fərqində deyil və Dambldorda bunu özünə söyləmənin yaxşı bir fikir olmadığı düşüncəsindədir.

Trolouni, 6-cı ildə Fal dərsini -bundan çox məmnun olmasa da- At-Adam Firenze ilə paylaşmaqdadır.

Harri ilə qısa bir danışma əsnasında şalın altından aldığı bir kartda Dambldorun sonunu hazırlayan o fəlakət gününü, "ildırım vurmuş qüllə, fəlakət, fəlakət" şəklində şərh etmişdir. Əslində çox uzun zamandır nə şəkildə açarsa açsın kartları, böyük bir fəlakətin gəlmək üzrə olduğunu xəbər verməkdədir və Trolounidə bunu dəfələrlə Dambldora çatdırmışdır.

Hoqvarts Ruhları

Qanlı Baron Qanlı Baron, Harri Potter seriyası nda, Hoqvartsdakı Slizerin Binasının kabusunun adıdır. Digər ruhlar Qanlı Barondan çox qorxurlar. Bir gün Helena Ravenklounun qaçışının sonra, onu tapması üçün Rovena Ravenklou tərəfindən yollanmıştır. Çünki Qanlı Baron, Helena'ya aşiqdir, lakin Helena, özüylə geri dönməyi rədd etdiyində, Qanlı Baron bir anlıq qəzəb ilə Helena Ravenklounı öldürür. Və daha sonra da özünü də öldürür.

Boz Leydi Helena Ravenklou Ravenklou binasının Ruhudur. Hoqvarts qurucularından Rovena Ravenklounun qızıdır. Helena, anası Rovenanı qısqandığı üçün Ravenklounun müdriklik tacını alır və Albaniyadaki bir meşədə gizlədir. Bunu öyrənən anası, ona aşiq olan Qanlı Barona onu gətirməsi üçün ona əmr verir, amma Qanlı Baron Helenanı öldürür. Bunu seriyanın son kitabında öyrənən Harry diademi tapmış və onu yox etmişdir. Çünki diadem bir horkruksdur və Harrinin ən böyük düşməni olan Voldemortun məğlub etmək üçün diademi yox etməsi lazım idi.

Kök Keşiş Kök Keşiş, Haflpaff binasının Ruhudur. Necə öldüyü haqqında bir məlumat yoxdur. Haflpafflı şagirdlərə kömək etməyi sevər. Bağışlayıcı və köməksevərdir. Adından da bəlli olduğu kimi olduqca kökdür.

Demək olar ki Başsız Nik Demək olar ki Başsız Nik Harry Potter seriyası ndə Qriffindor evinin Ruhudur. Əsl adı 'Ser Nikolas Mimsi-Porminqton' amma başının az qala bədənindən ayrılacaq olmasından ötrü şagirdlər arasında Demək olar ki Başsız Nik olaraq tanınır. Demək olar ki Başsız Nik, 31 oktyabr 1492-ci ildə edam edilən Ser Nikolas Mimsi-Porminqtonun qarabasmasıdır. Nik boynuna 47 dəfə kor bir baltayla vurmuş ancaq boynunda yarım düymlük bir dərini kəsə bilməmişdir. Ruh pencək geyir və üzərində bir quş tükü olan papaq taxır. Demək olar ki Başsız Nik Qriffindor Binasının ruhudur. Qriffindor şagirdlərinə daim kömək olur. Nik vaxtında Başsızlar Ovu qrupuna qatılmaq istəmişdi ancaq başı hələ bədəninə bağlı olduğu üçün onu qəbul etməmişdilər. Nik 18 dekabr 1992-ci ildə Sirlar Otağının məxluqu Basiliskin gözünə baxdığı üçün daşlaşmışdır. Normal olaraq Basiliskin gözlərinə baxan biri ölür, amma Nik ölməmişdir. Çünki o onsuz da bir ölüdür. Bir neçə ay ərzində daşlaşmış olaraq qalmışdır. Ta ki 30 may 1993-cü ildə adamotundan edilən eleksir tamamlanana qədər. Demək olar ki Başsız Nik bəzən də başını oynadaraq Hoqvartsdaki insanları əyləndirir. Hətta Harry 1-ci sinifə başlarkən Nikə Hermionana — Nik sənə nəyə görə Demək olar ki Başsız Nik deyirlər? deyə sualına Nik ona başını göstərəndə Hermiona az qala qusacaqdı.

Hoqvarts qurucuları Hoqvarts qurucuları; Harri Potter seriyasındakı Hoqvarts Cadugərlik məktəbinin 4 böyük cadugərləridir. Bu Sehrbazlar Qodrik Qriffindor, Helqa Haflpaff, Rovena Rovenklou və Salazar Slizern 'dir.

Qodrik Qriffindor