Bosniya və Herseqovina Mərkəzi Bankı (; ; ) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur.
Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Tarixi Bosniya və Herseqovina Mərkəzi Bankı Bosniya və Herseqovina Parlament Assambleyasında 20 iyun 1997-ci ildə qəbul edilmiş qanuna əsasən yaradılmışdır. 11 avqust 1997-ci ildə isə fəaliyyətə başlamışdır.
Rəhbərləri Peter Nikol (20 iyun 1997 – 31 dekabr 2004) Kemal Kozariç (1 yanvar 2005 – 11 avqust 2015) Senad Softiç (11 avqust 2015-ci ildən)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bosniya və Herseqovina bankları Kateqoriya:Mərkəzi banklar Kateqoriya:20 iyunda yarananlar Kateqoriya:1997-ci ildə yarananlar