Suskan çayı — Rostov vilayəti ərazisindən axan çay. Suskan çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Suskan çayının uzunluğu 78 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 1000 km²-dir. Çir çayının mənsəbinə 194 km qalmış ona tökülür. Mənbəyində 150 m, mənsəbində isə hündürlük 70 m təşkil edir. Əsasən təpəli çöl ərazisindən axır.

Çay sistemi: Suskan → Çir → Don → Azov dənizi.

Təsviri Suskan çayı Don cərgədindən Çebotarevski xutorundan başlanğıcını götürür. Çebotarevski xutorundan Starosenyorkin xutoruna qədər düz istiqamətdə axır. Hər iki sshili burada demək olar ki, eynidir. Yatağı boyunqa çoxlu sauşyda qollara bölünərək axır. Starosenyorkin xutorunun cənubundan çayın orta axarı başlayır. Cənub-şərqə axır. Malaxov xutorunun cənubundan isə şərqdən qərbə axır. Çir çayına yaxınlaşdıqdan sonra isə birdən cənuba yönəlir. Suskan dayaz bir çaydır. Yuxarı axarlarda bəzən tamamən quruyurКарты Генштаба M-38 (В) 1:100000. Волгоградская и Ростовская области.

Suskan çayı Volqoqrad vilayətinin Serafimoviçski və Rostov vilayətinin Sovetski rayonları ərazisindən axır. Hövzəsi Çir Adsız çay, Bolşoy xutorundan 2 km cənubda — (sol) - mənsəbdən 55 km aralıda. Qusinka çayı (sağ) - mənsəbdən 38 km aralıda Yaşayış məntəqələri Mənbədən mənsəbə: Çertaryovski, Kotovski, Bolşoy, Blinovski, Starosenyorkin, Qusinka, Varlamov, Pronin, Malaxov, Pronin, Xoxlaçev, Piçuqin (Volqoqrad vilayətinin Serafimoviçski rayonu)

İstinadlar

Kateqoriya:Rostov vilayəti çayları