Britni Cin Spirs (; ) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir.
Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına görə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.
Şəxsi həyatı Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandr ilə evlənsə də, 55 saat sonra evliliyi ləğv etmişdir. 2004–07-ci illərdə Kevin Federlin ilə evli olmuşdur. 2022-ci ildən Iran əsilli ABŞ modeli Sam Asgari ilə nikahdadır.
Studiya albomları 1999: …Baby One More Time 2000: Oops!…I Did It Again 2001: Britney 2003: In the Zone 2007: Blackout 2008: Circus 2011: Femme Fatale 2013: Britney Jean 2016: Glory
İstinadlar
Xarici keçidlər
Rəsmi səhifəsi Leyblın rəsmi səhifəsi Youtube Britni Spirsin rəsmi fan-klub səhifəsi Leyblın MDB ölkələri üçün olan rəsmi səhifəsi Bretney Spears Lyrics
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:Luizianada doğulanlar
Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ teatr aktrisaları