Əhmədova Firdovsiyyə Firdovsi qızı — Azərbaycan Respublikasının əməkdar müəllimi (2014), Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri.

Həyatı

Elmi fəaliyyəti "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən olmuşdur. Türkiyə və Bakıda keçirilmiş beynəlxalq konfransların iştirakçısı olmuşdur.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür.

Kitab və məqalələri Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı, 1998, 170 s.

"Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində 200 məqalə

Tədris-tədqiqat sahələri Beynəlxalq münasibətlər tarixi

Azərbaycanın müasir dövr siyasi tarixi

Azərbaycan dövlətçilik tarixi

Azərbaycanda siyasi hakimiyyət və dövlət idarəçiliyi məsələləri

Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi — 2014

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər