Marlen Əsgər oğlu Əsgərov () — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sabiq vitse-prezidenti (2005–2018).
Həyatı Marlen Əsgər oğlu Əsgərov 17 noyabr 1936-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 3 övladı var. 2017-ci ildə yayılan xəbərlərə görə, Marlen Əsgərovun səhhətində problemlər yaranmış və onun vəziyyəti ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılmışdır.https://oxu.az/cemiyyet/azerenerjinin-vitse-prezidentinin-sehhetinde-problem-yarandi 16 sentyabr 2018-ci ildə vəfat etmişdir.
Təhsili 1955–1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyəti 1960-cı ildə "Azərbaycan Energetika İdarəsi"ndə əmək fəaliyyətinə başlamışdır. 1960–1961-ci illərdə "Azərbaycan Energetika İdarəsi"nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961–1962-ci illərdə "Əli-Bayramlı DRES"in Elektrik sexinin rəisi, 1962–1974-cü illərdə "Krasin adına DRES"-nin Elektrik sexinin rəisi, 1974–1979-cu illərdə "Azbaşenerji"nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979–1980-ci illərdə SSRİ Energetika Nazirliyinin "Enerjişəbəkəlayihə" İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980–1991-ci illərdə SSRİ Energetika Nazirliyinin "Enerjişəbəkəlayihə" İnstitutunun baş mühəndisi, 1991-ci ildə "Qafqazenerjitəmir" Trestinin sədr müavini, 1991–1993-cü illərdə "Azərenerji" İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə "Azərenerji" Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993–1995-ci illərdə "Azərenerji" Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996–2001-ci illərdə "Azərenerji" Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001–2002-ci illərdə "Azərenerji" ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə "Azərenerji" ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002–2005-ci illərdə "Azərenerji" ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 30 sentyabr 2005-ci ildə "Azərenerji" ASC-nin vitse-prezidenti olmuşdur.
Əsgərovun fəaliyyəti dövründə ölkənin enerji infrastrukturunun yenilənməsi və şəbəkənin bərpası ilə bağlı mühüm layihələr hazırlanmışdır. Xüsusilə köhnə elektrik xətlərinin yenilənməsi və enerji sisteminin bərpasına dair proqram layihəsinin hökumətə təqdim olunması onun rəhbərliyi altında görülən işlər sırasında qeyd olunur.https://azertag.az/xeber/kohne_elektrik_xetlerinin_yenilesdirilmesi_ve_enerji_sebekesinin_berpasi_proqraminin_layihesi_hokumete_teqdim_edilmisdir-384906 Energetika sahəsinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunmuş müxtəlif seminar və müzakirələrdə Marlen Əsgərovun iştirakı qeyd olunmuşdur. Onun çıxışlarında enerji təminatı sahəsində mövcud çətinliklər və bu problemlərin aradan qaldırılması yolları xüsusi vurğulanmışdır.https://azertag.az/xeber/energetika_sahesinin_movcud_veziyyeti_ve_perspektivlerine_hesr_olunmus_seminar_kechirilmisdir-326410
Mətbuatda yayılan məlumatlara görə, Marlen Əsgərovun adı “Azərenerji” rəhbərliyində daxili fikir ayrılıqları və mübahisələrlə də hallanmışdır. Xüsusilə Etibar Pirverdiyev ilə arasında ixtilafların olması barədə məlumatlar işıqlandırılmışdır.https://arqument.az/az/pirverdiyevle-esgerov-bir-birine-savas-ad-ekisme/
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli 1050 nömrəli Sərəncama əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycanlı mühəndislər