Zadar Universiteti (, ) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır.
Tarixi Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır.
Tədris Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Departamentləri Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir: Arxeologiya departamenti Klassik filologiya departamenti Yunan dili və ədəbiyyatı bölməsi Latın dili və ədəbiyyatı bölməsi Xorvat və Slavyan araşdırmaları departamenti Xorvat dili və ədəbiyyatı bölməsi Rus dili və ədəbiyyatı bölməsi Ekologiya, Aqronomiya və Akvakultura departamenti İqtisadiyyat departamenti İngilis dili departamenti Etnologiya və Antropologiya departamenti Fransız dili və İberoromans araşdırmaları departamenti Fransız dili və ədəbiyyatı bölməsi İberoromans araşdırmaları bölməsi Coğrafiya departamenti Alman araşdırmaları departamenti Sağlamlıq araşdırmaları departamenti Tarix departamenti İncəsənət tarixi departamenti İnformasiya elmləri departamenti İtalyan araşdırmaları departamenti Dilçilik departamenti Dənizçilik departamenti Dənizçilik araşdırmaları bölməsi Dəniz mühəndisliyi bölməsi Pedaqogika departamenti Fəlsəfə departamenti Psixologiya departamenti Dini elmlər departamenti Sosiologiya departamenti Qospik Müəllim Təhsili Tədqiqatları departamenti Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi Turizm və Kommunikasiya araşdırmaları departamenti
Kitabxanası Universitetin zəngin kitabxana fondu var.
Kontingent 2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır.
Rəhbərlik Universitetə rəhbərliyi rektor edir.
Xarici əlaqələri Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xorvatiya universitetləri Kateqoriya:1396-cı ildə yarananlar Kateqoriya:Zadarda təhsil