Tannenberq əməliyyatı (Alm: Unternehmen Tannenberg) – İkinci Dünya müharibəsinin Avropadakı başlanğıc mərhələlərində Polyak vətənpərvərlərinə qarşı Faşist Almaniyasının məhv hərəkətlərindən birinin kod adı idi, Almanların şərqi müstəmləkələşdirməsi üçün Generalplan Ost'un bir parçası idi. Güllələmələr, 1939-cü ildəki Polşanın işğalından iki il əvvəl Gestapo tərəfindən yığılan bir əmr siyahısından (Sonderfahndungsbuch Polen) reallaşdırıldı.Unternehmen Tannenberg - August 1939: Wie der SD den Überfall auf Polen vorbereitete (III) bei wissen.spiegel.de (PDF file, direct download). (Alman dilində)
Ən gizli siyahılar Polşalı seçmələrin 61 mindən çox üzvünü müəyyən etdi. Onlar: aktivistlər, ziyalılar, alimlər, aktyorlar, köhnə zabitlər və digərləri, nəzarətə alınmış ya da vurulmuşdular. Polşada yaşayan alman azlıqlar siyahıları hazırlamağa kömək etdilər. Polşada yaşayan 20 minə qədər alman, müxtəlif təxribatlara qarışmış olduğu təxmin olunur.Tomas Çincinski (2009-cu ilin Noyabr ayının 4-ü). "Prowokacje SD (Sicherheitsdienst)" . Piąta kolumna (5-ci sütun) (Polyak dilində). S.P. Polityka. 2012-ci ilin Avqut ayının 13-də alındı.
Tannenberq əməliyyatının ardından, Heydrixin Sonderreferat-ı tərəfindən Berlindən idarə olunan Unternehmen Tannenberg-in ikinci etabı olan Intelligenzaktion izlədi. 1940-cı ilin yanvar ayına qədər dəvam etdi. Yalnız Pomeraniyada, uşaqlar da daxil olmaqla 36 min ilə 42 min arasında Polyak, 1939-cu ilin axrından əvvəl öldürüldü.Piyotr Semkov, IPN Gdańsk (2006-cı ilin Sentyabr ayı). "Kolebka (Cradle)" (PDF). IPN Bulletin Nömrə 8–9 (67–68), 152 səhifə. Warsaw: Institute of National Remembrance. 42–50 (44–51/152 PDF faylındadır). ISSN 1641-9561 . Birbaşa yükləmə ilə (3.44 MB), 2015-ci ilin Noyabr ayının-də alındı.
Tətbiq Edilməsi left|thumb|Bıdqoş'dan Polyak müəllimlər, edamdan əvvəl Volksdeutscher Selbstschutz üzvləri tərəfindən mühafizə olunurlar Plan, 1939-cu ilin May ayında Mərkəzi Ofis II P (Polşa) tərəfindən nəticələndirildi. Adolf Hitlerin əmrlərini yerinə yetirərək, Reyx Əsas Təhlükəsizlik Ofisi () içində Tannenberq olaraq adlandırılan xüsusi bir birlik yaradıldı. Gestapo, Kripo və Sicherheitsdienst (SD, ) zabitləri və nəzəri olaraq Vermaxtı (silahlı qüvvələr) işğal altındakı torpaqlara qədər təqib edən insanlarla qurulan bir necə Einsatzgruppen () birliyinə əmr etdi. Onların vəzifələri, qovma siyahısında sadalanan şəxslərin hamısını, döyüşün başlamasından əvvəl tərtib edildiyi kimi izləmək və həbs etmək idi.Pitr Lonqeriç (2012), War and Settlement in Poland. Heynrix Himmler: Bir Həyat. OUP Oksford , pp. 425–429. ISBN 0199592322.
Əməliyyatın ilk mərhələsi, 1939-cu ilin avqust ayında, Almaniyadakı polyak azlıq təşkilatlarından təxminən 2 min aktivistlərin həbs olunduğunda və öldürüldüyündə reallaşdı. Əməliyyatın ikinci mərhələsi 1939-cu ilin sentyabr ayının 1-də başladı və oktyabr ayında sona çatdı və nizamlı Vermaxt birliklərinin köməyi ilə Einsatzgruppen () xüsusi vəzifə birlikləri tərəfindən gerçəkləşən 760 kütləvi edamdan ən az 20 min insan öldü. Buna əlavə olaraq, Polşada yaşayan alman azlığın Selbstschutz () adlı xüsusi bir formalaşma meydana gəldi, üzvləri, döyüşdən əvvəl Almaniyada təlimatçı və partizan mübarizəsində öyrədilmişdi. Bir çox qırğından məsul olmuşdu və sentyabr ayında, pis şöhrətinə görə, faşist orqanlar tərəfindən dağıdılmışdır.Encyklopedia PWN, Intelligenzaktion. September–November 1939. (Polyak dilində)Piąta kolumna (Jungdeutsche Partei, Deutsche Vereinigung, Deutscher Volksbund, Deutscher Volksverbarid). Kampania Wrześniowa 1939.pl (2006). 2015-ci ilin Noyabr ayının 2-də alındı. thumb|Iovovo-Osada'daki Soldau həbs düşərgəsində, köhnə SS'dən geri qalan tək bina, Polyak xəstəxana xəstələrindən istifadə edərək SS-Sonderkommando Lanqe tərəfindən edilən ilk qaz mikroavtobus sınaqlarının yeri idi
Xəstəxanadakı Xəstələrin Kütləvi Şəkildə Öldürülməsi Tannenberq əməliyyatı zamanı Polşa xəstəxanalarındakı xəstələr Vartelend-də (Viyelkopolska) Herbert Lanqe əmrindəki Einsatzgruppe VI () tərəfindən öldürüldü. Ondan sonra Şelmno məhv düşərgəsinin birinci komandiri olaraq vəzifələndirildiArtur Hoyan, Kameron Munro (2015). "Nazi Euthanasia Programme in Occupied Poland 1939-1945" . Overview of the liquidation of the mentally ill during actions on the Polish territory (1939-1945). The Tiergartenstrasse 4 Association, international centre for the documentation, study and interpretation of Nazi crimes. Nazi Euthanasia in European Perspective conference, Berlin, Kleisthaus, Feb. 28-30, 2013. Retrieved 2 July 2015.. Artıq 1940-cı illərin ortalarından Lanqe və adamları, Oviskada təxminən 1,100 xəstə, Koskiyanda 2,750 xəstə, Dziyaldovoda 1,558 xəstə və 300 Polyak, boynunun arxasından vurularaq öldürüldü və Fort VII-dəki () yüzlərlə Polyak, mobil qaim kamerası (, ) ilk qaz bunkeri ilə birlikdə inkişaf etdirildi.Holocaust Research Project.org (2007). "Lange, Herbert; SS-Hauptsturmführer" . Chelmno Death Camp Dramatis Personae. Holocaust Education & Archive Research Team. Retrieved 2013-05-13.
Həmçinin Bax Polşanın işğalı (1939-1945) Polşa kampaniyası (1939) Nasist həbs düşərgələri İkinci Dünya müharibəsi Üçüncü Reyx
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Polşada qətliamlar Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər