Azərbaycan–Şimali Kipr münasibətləri — Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.

Tarixi 14 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti olmuş Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdirİlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdir . president.az, 14.01.2012 .

Diaspor Şimali Kipr azərbaycanlıları 2012-ci ildə Şimali Kipr Doğu Akdeniz Universitetində 500 nəfər azərbaycanlı tələbə təhsil almışdırElçin Süleymanovdan, Gazimağosa, Şimali Kipr . president.az, 20.09.2012 . Həmin vaxt Universitetin Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri Elçin Süleymanov olmuşdur.

Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət MərkəzidirŞimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Yaxın Şərq Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədovdan . president.az, 11.11.2013 . Həmin Mərkəzin sədri azərbaycanlı professor Fəxrəddin Məmmədovdur. O, həm də Yaxın Şərq Universitetinin prorektorudur.

Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri BirliyidirDünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələrindən . president.az, 04.04.2016 .

Həmçinin bax Azərbaycan–Kipr münasibətləri

İstinadlar

Xarici keçidlər

İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib Şimali Kiprin Bakıdakı nümayəndəsi: “Tarixi həqiqətləri deməyimizi istəmirlər” - MÜSAHİBƏ + FOTO