Bu Ermənistan azərbaycanlılarının siyahısıdır.

İncəsənət xadimləri Aşıq Ələsgər — 19-cu əsr xalq aşığı və şairi Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Sabir Rzayev — yazıçı, dramaturq, tənqidçi və kino mütəxəssisi, Ermənistan SSR-in xalq artisti (1975) Азербайджанец по национальности, Сабир Ризаев родился и вырос в Ереване. Səid Rüstəmov — Azərbaycanlı bəstəkar Hüseyn Seyidzadə — Azərbaycanlı film direktoru Əkbər Yerevanlı (Süleymanov) — ədəbiyyatşünas, yazıçı, pedaqoq, Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin rəhbəri.

Elm xadimləri Əhliman Əmiraslanov — Azərbaycanlı akademik. Heydər Hüseynov — Azərbaycanlı filosof. Mustafa Topçubaşov — tanınmış Sovet cərrahı və akademiki, Sosialist Əməyi Qəhrəmanı Arif Şəkərəliyev — Azərbaycan Respublikasının əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Maqsud Nəcəfov — Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor.

Siyasətçilər thumb|Şahin Mustafayev İsmət Abasov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri (2004–2013), baş nazirin müavini (2013–2018) Əvəz Ələkbərov — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (1999–2006) Əziz Əliyev — Dağıstan Kommunist Pariyasının Regional Komitəsinin sədri (1942–1948) Oqtay Əsədov — Azərbaycan Milli Məclisinin sədri (2005–2019) Zülfü Hacıyev — Baş nazirin müavini (1989-1991), Azərbaycan SSR Ali Sovetinin deputatı (1976-1991) Nəriman İmranov — Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri (1992–1993) Xələf Xələfov — Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri (2001-2015) Hüseyn Məmmədov — Naxçıvan MSSR Ali Sovetinin sədri (1952–1964) Misir Mərdanov — Azərbaycan Respublikasının Təhsil naziri (1998–2013) Şahin Mustafayev — Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri (2008–2013), Azərbaycan Respublikasının İqtisadiyyat və sənaye naziri (2013–2016), Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2016–2019), Azərbaycan Respublikası Baş nazirinin müavini (2019) Hidayət Orucov — Azərbaycanlı yazıçı və Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Həsən Seyidov — Azərbaycan SSR Kənd təsərrüfatı naziri (1955–1959) Əkbər ağa Şeyxülislamov — Azərbaycan Demokratik Respublikasının Kənd təsərrüfatı naziri (1918–1920) Əli İnsanov — Azərbaycan Respublikasının Səhiyyə naziri (1993–2005) Azay Quliyev — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Fəzail Ağamalı —Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993)

İdmançılar Ramazan Abbasov — Azərbaycanlı futbolçu Rövşən Hüseynov — Azərbaycanlı boksçu Xəqani Məmmədov — Azərbaycanlı futbolçu

Hərbçilər thumb|Həbib bəy Səlimov Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev — Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilov — Azərbaycanın Milli Qəhrəmanı Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı Mehman Sayadov — Azərbaycanın Milli Qəhrəmanı Xıdır Mustafayev — Sovet İttifaqı Qəhrəmanı Yəhya Rəhim Səfəvi — General-Mayor, İran İnqilab keşikçiləri Ordusunun komandiri (1997–2007) Həbib bəy Səlimov — Azərbaycan Demokratik Respublikasının General-Mayoru İlqar Mazanov — general-mayor, Azərbaycan Respublikası Müdafiə Nazirliyində idarə rəisi

Digər Firudin Ağayev — Sosialist Əməyi Qəhrəmanı

İstinadlar

Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycanlıların siyahıları