thumb|300px|"Super Mushshak" təlim uçuşları zamanı. Pakistan. Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb.

“Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.

Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.

Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə “Super Mushshak”ın pilotaj imkanları daha yüksəkdir. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən olan təyyarənin havaya qalxması və aerodroma enməsi prosesi “Super Mushshak”ın köməyi ilə kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.

İstifadəçiləri

Hərbi istifadəçilər thumb|300px|Super Mushshak istifadəçiləri xəritədə mavi rənglə təsvir olunub.

: 52 : 300 : 26

: 20 : 14 : 8 : 8

Mülki istifadəçilər

: 1

Xüsusiyyətləri

Ümumi xarakteristikaları Ekipaj: 2-3 nəfər Uzunluğu: 7.15 m Qanad uzunluğu: 8.85 m Hündürlüyü: 2.60 m Qanad sahəsi: 11.9 kv.m Boş çəki: 760 kq Maksimum qalxma ağırlığı: 1,250 kq Güc təminatçısı: 1 ədəd Textron Lycoming IO-540 V4A5 6 silindrli mühərrik, 260 A.G. Pərləri: 1 ədəd McCauley və ya Hartzell

Uçuş göstəriciləri Maksimum sürət: 268 km/s Məsafə: 814 km Enmə sürəti: 96 km/s Havada qalma müddəti: 4 saat 15 dəqiqə Uçuş tavanı: 6,705 m Dırmanma sürəti: 8.6 m/s

Həmçinin bax Azərbaycan Hərbi Hava Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri Pakistan Hərbi Hava Qüvvələri

İstinadlar

Xarici keçidlər Pakistan Aeronautical Complex - Super Mushshak Super Mushshak factsheet FAS.org factsheet

Kateqoriya:Pakistan texnikası Kateqoriya:Təyyarələr Kateqoriya:Hərbi təyyarələr