Tural Bayramlı () — yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu.

Klub karyerası

Sumqayıt Bayramlı karyerasına Sumqayıt FK akademiyasında başlamışdır. Daha sonra "Əlincə"nin 19 yaşlılardan ibarət komandasında çıxış edib. 2016–2017-ci illər mövsümündə Sumqayıt FK-a qayıdan Tural Bayramlı əsas komanda ilə debütünü 25 oktyabr 2016-cı ildə etmişdir. O, 71-ci dəqiqədə Qəbələ FK ilə qarşılaşmada Məhəmməd Qurbanovu əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası çərçivəsində Qəbələ ilə 2–2 hesabı ilə bərabərə qalmışdır.

2018-ci ildə Latviyanın "Dauqavpils" klubuna transfer olunan futbolçu, 2019–2020-ci illər mövsümünün əvvəlində "Keşlə"yə transfer olunur.

Azərbaycanın U-21 yığmasında 2019-cu ilin 6 iyun tarixində debüt edib. Lixteynşteyn millisi ilə matçın 79-cu dəqiqəsində Musa Qurbanlını əvəz edib.

Turan Tovuz 24 iyun 2024-cü ildə "Turan Tovuz" klubu Tural Bayramlı ilə 2 mövsüm üçün müqavilə imzalayıb. 20 iyun 2026-cı ildə klubun onunla yollarını ayırdığı açıqlanıb.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolSumqayıt FK2017–2018Premyer Liqa3010000030Dauqavpils2018–2019Latviya Yuxarı Liqası12000000000Keşlə2019–2020Premyer Liqa192200000212Ümumi karyera1010000020 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər Sumgayit profile at PFL

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular