Azərbaycan–Suriya münasibətləri — Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 28-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az.
Suriya prezidenti Bəşər Əsəd sonuncu dəfə Azərbaycana 2009-cü il iyulun 8-də səfər edib. Əsədin səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub. Səfər zamanı Əsəd Milli Məclisdə də olub.
Azərbaycan 2025-ci ilin fevralında Suriyada səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər apardığını açıqlayıb. Bundan əvvəl, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi baş verdikdən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesi başlanıb.
Fevralın 17-də Xarici İşlər Nazirliyi Azərbaycanın 13 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi barədə məlumat yayıb.
right|thumb|İlham Əliyev və Əhməd əş-Şaraa İyul 2025
Parlamentlərarası əlaqələr Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci ildə yaradılmış və ilk rəhbəri Əli Abbasov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az.
2009-cu ilin iyulunda Suriya Prezidenti Bəşər Əsəd Azərbaycana səfəri zamanı Milli Məclisdə də olub. Parlamentdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşılamışdı.
İqtisadi münasibətlər
Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi20200454,84454,842021120,62465,89586,51202236,19762,68 798,872023187,08315,26502,342024888,90691,661 580,56
İstinadlar
Xarici keçidlər Ikitərəfli münasibətlər