Martin Melkonian (2 yanvar 1990) — Uruqvayı təmsil edən üzgüçü. Martin Melkonian Uruqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Martin Melkonian birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.67 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər