Rikkardo Cakkoni () – italyan və Amerika fiziki və astronomu. Nobel mükafatı laureatı (2002).

Həyatı Milan Universitetini bitirmişdir (1954). İndian və Prinston universitetlərində (1956–59), "American Science and Engineering" tədqiqat kompaniyasında (1959–73), Harvard Universitetinin Astrofizika mərkəzində (1973–81) işləmişdir. Kosmik teleskop İnstitunun ilk direktoru (1981–92) olmuşdur.

Fəaliyyəti Avropa Cənub rəsədxanasının baş direktoru (1993–99) işləyərkən "Çox böyük teleskopun" (Very Large Telescope) yaradılmasına rəhbərlik etmişdir. ALMA submillimetr diapazonlu yaradılması layihəsinin rəhbərlərindən biridir. Əsas tədqiqatları elementar zərrəciklər fizikası, kosmik şüalar fizikası, rentgen astronomiyasına aiddir. 1960-cı ildə B. Rossi ilə birlikdə rentgen teleskopunun layihəsini təklif etmişdir. "Uxuru" (1970) və "Eynşteyn" (1978) ilk kosmik rentgen rəsədxanalarının elmi proqramlarına rəhbərlik etmiş, "Çandra" kosmik rentgen teleskopunun yaradılmasına təşəbbüs göstərmişdir (1999). K. Şvartsşild medalı ilə təltif olunmuşdur (Almaniya 2004).

İstinadlar Cakkoni // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 169–170.

Kateqoriya:Genuyada doğulanlar Kateqoriya:ABŞ astronomları Kateqoriya:İtaliya fizikləri Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Professorlar Kateqoriya:Milan şəxsləri