Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.142 qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdurКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 4.

Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir.

Toponim Azərbaycan dilində "bitkisiz, otsuz yer" mənasında işlənən qotur sözüМурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.296 əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.

Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.

Türkmənçay müqaviləsindən sonra, 1830–40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 96–100.

Burada ermənilərlə yanaşı 1873-cü ildə 72 nəfər, 1886-cı ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 45, 96–97.

1904, 1914-cü illərdə kənddə yaşayan azərbaycanlı və ermənilər qarışıq şəkildə göstərilmişdirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 96–97.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İstinadlar

Kateqoriya:Abaran kəndləri