Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı.

Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.

Etimologiyası Bu ad Sasanilər dövründə meydana çıxmışdır.

Şirvan adının etimologiyasının müxtəlif versiyaları var. Buna fars dilində "şirlər diyarı", "süd ölkəsi", Ənuşirəvani adının qısaldılmış forması və s. daxildir. Vladimir Minorskinin fikrinə görə, Şirvan adını "Şərqi Qafqazın bir sıra yerlərinə Xəzərin cənub sahillərindən köçüb gələnlərin köhnə məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür". 1896-cı ildə S. P. Zelinskinin məlumatına görə, regionun adı alban şahzadəsi Sirvandan gəlir. VII əsrə aid "Aşxaratsuyts" əsərində Şərvan tayfasından bəhs edilmiş və bu adı regiona həmin tayfanın verdiyi bildirilmişdir.

Bununla belə, Xaqani bir şeirində doğma şəhərini "xeyrvan" ilə müqayisə etmişdir. Bunun üzərinə Səid Nəfisi Xaqaninin yaradıcılığı əsasında qeyd etmişdir ki, adın ilkin və düzgün tələffüzü "Şərvan" olmuşdur. Odur ki, ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.Баладзори (Балазури). Книга завоевания стран. Текст перев. с араб. П.К.Жузе. Материалы по истории Азербайджана. вып. III. Баку: 1927, стр.5 (ərəb mətni)Якут. Извлечение из географического словаря Якута Хамави. Перев. П.К.Жузе. Баку: 1942. НАИИАНА. инв. 505, ИI, стр.282Закарийа ал-Казвини. Асар ал-билад ва ахбар ал-ибад. Бейрут: 1960 (ərəb mətni), стр.600-601Картлис цховреба. Изд. С,Г,Каухчишвили (gürcü mətni). I-II, Тбилиси: 1955-1959, стр.344. Deməli, bu adı "şir" və ya Ənuşirvani ilə əlaqələndirən bütün etimologiyalar, çox güman ki, xalq etimologiyasıdır və tarixi faktlara əsaslanmır. Adın Şirvan forması sonrakı əsrlərə aiddir.Barthold & Bosworth 1997, pp. 487–488.

Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir.Cyce Axмaд. Aтлac. Бarдaд, 1371-1952

Şirvanat Şirvanat ərəbcə şirvanın cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən addır. "Qarabağnamə" müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: "Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi"."Qarabağnamələr", 2-ci kitab, Bakı, "Şərq-Qərb", 2006, səh. 123–124

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

"Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 334, Baroda, 1931.) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib…"Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 184–185, Tehran, h.ş. 1350 (Şah Təhmasibin Məlik Kəyumərsə göndərdiyi Fəthnamə, Əbdülqasım Evoğlu Heydərin "Məcmuətül-mürasilat"ından)..

Ərazisi Orta əsrlərdə Şirvan vilayətinin sərhədləri istilalar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişməsi ilə tez-tez dəyişikliyə uğrayırdı. Müəyyən dövrlərdə Şirvanın bir hissəsi Atropatenanın tərkibində daxil olmuşdur.Apмянcкaя гeoıpaфия VII в. Изд. K.П.Пaткaнoвa. CПб., 1877, c.50-51. Bir çox hallarda onun sərhədləri Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər gedib çatırdı.

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.Əl-Bəlazuri, s.5. İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224 – 241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.İbn Khordadbeh. Kitab al-Masalik Wa'1- Mamalik. BGA, ed. M.Jde Goeje, 6, Lugd. Batav, 1889, s. 17. "Aşxaratsuys"da – "VII əsr erməni coğrafiyası"nda VII əsrin ikinci yarısında Albaniyanın mərzbanlar – Sasani canişinləri oturan 11 vilayəti arasında Bazkan (Balasakan), Dərbənd, Çola, Təvəspark (Təbərsəran), Şirvan (Şruan), Xoruan (Xsrvan Ehtimal ki, Xursan -S.A.) və başqaların adlarını sadalayır.Robert H.Hewsen. Aпnenia according to the Asxarhac'ouc. Revue des études arméniennes, nouvelle serie, t.II, Paris, 1965, s.341-342. Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkiibnə daxil idi. left|thumb|350px|Şirvan Ərəb Xilafətinin tərkibində Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Şirvan coğrafiyası"dır. Burada Şirvanın coğrafi mövqeyi verilmişdir: "Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır J.Marquart. Osteuropaishe und ostasiatishe Streifzuge. Leipzig, 1903, s. 170 ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir. Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir." Geographie de Moise de Corene d'apres Ptolemee, texte armenien,traduit en francais par le P.Arsene Soukry Mekhitariste, Venise, 1881, c.37, дpeвнeapмян. тeкcт, c.27.

Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri,görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.A.Ф.Ляйcтep и Г.Ф.Чypcин. Гeoфaфия Зaкaвкaзья. M., 1929,c.169. Abşeron yarımadasından şimalda 400 58,30 şimal en dairəsində dağlar dəniz sahilinə qədər uzanır. Bilavasitə qum təpələrindən və 1,75 km enində sahil düzənliyindən sonra yamacları sıldırımlı, zirvəsi bir neçə şiş uclu qayadan ibarət Beşbarmaq adı ilə tanınan dağ ucalır. Zirvənin lap başında qaya uclarının arasında "Xızırzində" pirinin xarabalıqları qalır. Qayanın ətəklərində, enişli yaylada və dağın yamaclarında möhkəm qala divar və bürclərinin qalıqları durur.Engelberto Kaempfero.Amoenitatumexoticarumpoliticophysico-medicaшm... et descriptions rerum persicarum ei ulterioris Asiae... Lemgoviae, 1972, p.357-361E.A.Пaxoмoв. Бeш-Бapмaк. "Изв. Aзepб. apxeoл. кoмитeтa", 1925, вып.II, c.10-12 right|thumb|370px|Mədəni və iqtisadi mərkəzi Şirvan ərazisi olan Şirvanşahlar dövləti Çiy kərpicdən hörülmüş divar Sasanilər dövründə xəzərsahili keçidin qabağını kəsən "uzun sədlər"dən ən cənubda olanı idi. Sonralar, I Qubad zamanında Şirvan ölkəsində müdafiə sədlərinin birinci hissəsindən 23 km şimalda Əbzud Qubad adlanan ikinci hissəsi çəkildi. Bu sədd Gilgilçay boyunca uzanıb gedirdi. Şaporan (Şəbəran) şəhəri onun yaxınlığında yerləşirdi. Bu, X əsr müəllifınin Sur ət-tın adı ilə xatırladığı Gilgilçay, yaxud Şəbəran səddi idi.Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.40-43C.T.Epeмян. Пoлитичecкaя иcтopия Aлбaнии III-VII вв. Oчepки иcтopии CCCP III-IX вв. M., 1958, c.316. Sasanilərin möhtəşəm müdafiə səddi olan Gilgilçay səddinin uzunluğu təqribən 30 km-ə (onun 20 km-i çiy kərpicdən, qalan hissəsi daşdan çəkilmişdi), divarların qalınlığı və hündürlüyü təqribən 8 m-ə çatırdı. Səddin qurtaracağında dağ zirvəsindəki nəhəng qaya üzərində müdafiə məqsədilə Çıraqqala qalası tikilmişdi. Baş bürcü hörmə üsuluna görə Bakıdakı Qız qalasını xatırladan nəhəng istehkam olan Çıraqqala təqribən V əsrdə tikilmişdir. Beşbarmaqdan şimala doğru sahil boyu, Sasani dövrünə aid qədim şəhər yerlərinin xarabalıqlarına və qalıqlarına rast gəlinir.Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.42-43. Onlardan biri, IX əsr müəllifiərinin adını çəkdiyi Beşbarmaq yaxmlığındakı Bacarvan şəhəri idi.İbn Xordadbeh,s.l22, 124N.M.Vəlixanlı, s.16, 24

Üçüncü maneə səddi Samurçaydan və Massaget hökmdarlığının paytaxtı Cora – Çora – Çoladan şimalda çəkilmişdi. Burada Rubas çayının düzənliyə çıxdığı yerdə dağlar yenidən dəniz sahilinə yaxınlaşır. "Uzun sədlər"in xarabalıqları Torpaqqala şəhər yeri yaxınlığında bu günədək qalmaqdadır.Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.43Epeмян. Пoлитичеcкaя иcтopия Aлбaнии, c.316.

Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (Alazan) çayı, Şərqdə Xəzər dənizi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."The geographical part of the Nuzhat-al-Qulub, composed by Hamd Allah Mustawfı of Qazwin in 740 (1340) ed. and transl. by G. Le Strange. Leyden-London, 1915, 1919 (GMS, XXIII, 1-2), s.93.

Alban müəllifləri Xəzər dənizini Şərq dənizi adlandırırdılar. Şirvan ərazisi Qafqaz dağlarının şimal yamaclarından axıb gələn aşağıdakı altı çayla suvanılır: cənubda Bakı ilə Kürün mənsəbi arasında Xəzər dənizinə tökülən Pirsaat, Ağsu, Girdiman, Göyçay, üstündə Qəbələ yerləşən Türyançay və Şəkinin suvanıldığı Əlicançay şərqdə Cənubi Dağıstan (Dərbənd) və Şirvan ərazisindən Rubas, Gülkəri, Samur, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Ataçay, Sumqayıt çayları axıb Xəzər dənizinə tökülür.

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə orijinalını farsca yazdığı "Gülüstani-İrəm" əsərində Şirvanı təsvir edərkən yazır: "Beləliklə indiki Şirvan məmləkəti Səlyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir."A.A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 2001, s. 6

Əhalisi thumb|250px|right|Şamaxılı qız milli geyimdə (rəssam:Qriqori Qaqarin)