Vazgen Sislyan (; 20 oktyabr 1956, Beyrut, Livan) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Fransa vətəndaşı, ASALA terrorçusu.Four Armenians sentenced in Paris. The Globe and Mail (Canada). February 1, 1984 Wednesday

Fəaliyyəti Vazgen Sislyan 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin tutulmasında, Parisin Usman məhəlləsində 1991-ci ilin sentyabr ayında 60 girovu ələ keçirmək aksiyasında, 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir.

34 yaşlı terrorçu Livandan turist adıyla İrəvana gəlib. 1992-ci ilin yanvar ayında oradan vertolyotla Xankəndinə göndərilib. Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk çağalarını öldürməsiylə fəxr edir.Əlisahib Əroğul, AZƏRBAYCANDA ERMƏNİ-DAŞNAK TERRORUNUN XRONOLOGİYASI (bədii, tarixi publisistika), Bakı, «Təknur», 2009.

«Moskovskiye novosti» qəzetinə verdiyi müsahibəsində o bəyan edir ki, beynəlxalq diqqəti «erməni məsələsi»nə cəlb etmək üçün zorakılıq siyasəti aparmağın böyük əhəmiyyəti var.

Ermənistan prezidenti Robert Köçəryan tərəfindən Vazgen Sislyan Xocalı soyqırımında törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsinin «qəhrəmanı» elan edilib.

İstinadlar

Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Beyrutda doğulanlar Kateqoriya:Xocalı soyqırımını törədənlər