Fərrux İsmayıl oğlu Şıxlinski () — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən).. Şıxlinskilər shixlinski.az Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı.

Həyatı Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988)

Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991) və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir

"Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir.

Ailəsi Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.

İstinadlar

Xarici keçid

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Şıxlinskilər