Hacılar () - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanının Hacılar bəxşinin ərazisinə daxil olan şəhər və bu bəxşin mərkəzi.Hacılar şəhər statusu qazadı

Adının mənşəyi Kənd ağsaqqallarının dediyinə görə keçmişdə ətraf kənlərdən məkkəyə gedən hacılar bu kəndə toplaşarmışlar, ondan bəri kəndin adı belə qalıb.Başqa bir fakta görə kəndin əsasını qoyanlar Çors kəndindən olan dörd hacı(qardaş)imiş ki ona görə buraya hacılar adı verilibdir.

Tarix Kəndin əskiliyi 450 il eramızdan əvvələ gedib çıxır.Hacılar yerlərinin əkinə yararlı olması və Ağçayın sahilində yerləşməsi insanların burada məskunlaşmasına səbəb olubdur.Kəndin yaxınlığında Sarıdaş yaşayış yerinin xarbalığları və bir tarixi təpə yerləşir. . Coğrafiya Hacılar kəndi dəniz səviyyəsindən 1055m yüksəklikdə yerləşərək, havası qışda quraq soyuq yayda isə quraq isti keçir. Ortalama illik yağıntı miqdarı 224mm təşki edir. Hacılara ən yaxın yaşayış məntəqəsi etnik kürdlər (Türkiyənin van ilindən buraya gələn kürdlər) yaşayan Babilabad kəndidir ki burailə 1 km aralıdır. Hacılar Xoy şəhərindən 60 km şimalda yeralıb.

Yer adları Abısərdar bağı, Kümbəz arxı, Göbü, Mərdan yeri, Ənabi yeri, Mollakərim yeri, Şıx vahhab yeri və sairə.

Su dəyirmanları Keçmişdə burada Salah dəyirmanı, Mahrül dəyirmanı, Ağdəyirman və Hacıəhməd dəyirmanı fəaliyyət göstərərmiş, ancaq indi işlək deyillər.

Ənənələr Hacılarda novruz və qurban bayramları və od çərşənbəsi günü dəbdəbəli keçirilir. İlin son çərşənbəsində yerlilər qəbirləri ziyarət edib, təzə gəlinlərin evinə isə pay göndərərlər.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (370 ailə).Qeyri rəsmi mənbələrə görə burada 1560 nəfər və 428 ailə yaşayır ki bütünlükdə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Hacılarlılar Mollavəli, Mərəndi və kəfeyli tayfalarından ibarətdir.

İqtisadiyyat Hacılarlılar əkinçilik və maldarlıqla məşğuldur. Əsas məhsulları buğda, arpa, şəkər çuğunduru, günəbaxan və balqabaqdır.

İstinadlar

Kateqoriya:Qərbi Azərbaycan ostanının şəhərləri