Lalə Məmmədova () — Azərbaycanlı müğənni, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar Artisti. Filologiya üzrə fəlsəfə doktoru (15 fevral 2017)Müğənni rəsmən fəlsəfə doktoru oldu . qafqazinfo.az, 17. mart 2017.
Həyatı Lalə Məmmədova 23 fevral 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Ailədə onu digər 4 uşaqdan fərqləndirən cəhət musiqiyə göstərdiyi meyil idi. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutub. Bu, onu qarşıda gözləyən böyük yolun başlanğıcı idi. Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 8 yaşında taleyinə Bülbül adına musiqi məktəbi yazılır. Xalq artisti Şövkət Ələkbərova yumşaq səsli bu balaca qızcığazda həssas ürəyin olduğunu duyaraq onu öz sinfində görmək istəyir. Balaca Lalə muğam sinfinə daxil olur. Müəllimin xəstəliyi üzündən təhsilini Xalq artisti İslam Rzayevin sinfində davam etdirib. Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb. 2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb. 2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır.
Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Albomlar 2006 — Səni sevirəm 2006 — Qara qaşın vəsməsi 2008 — Qızıl Lalədir adım 2008 — Ürək dostum 2012 — Dəli eşq 2012 — Şərab gətir, Saqi! 2018 — Aztv konserti (Live) 2020–90-lar 2021 — Vol.1 2021 — Vol.2 2022 — Vol.3 2022 — Vol.4 2023 — Darıxmışam (EP)
Sinqllar 2012 — Bu şəhər ikimizə dar 2017 — Bir sevgi 2020 — Только там 2021 — Dağlar duman olmadan 2021 — Azərbaycan 2021 — Həyat 2021 — Bura yurdun cənubudur 2021 — Səni sevmək üçün gəldim dünyaya 2021 — Bir məktub yaz 2022 — Azad et 2022 — Sev, sevil 2023 — Gözümdə Leylisən 2023 — Gözəl Azərbaycan 2023 — Gözlərin 2023 — Həyatımda ol 2023 — Şuşa 2023 — Qayıdışın mübarək
Kliplər +SayKlipTarix01Məktəb İlləri200002Səs03Kölgən Olaram200504Səni Sevirəm05Yar Bizə Qonaq Gələcək200706Ürək Dostum200807Kim Bilir200808Ömür Yolları200809İdeal200910Şalaxo11Gözəl200912Ömrümüzün İlk Sevgisi13Yadına Düşəcəyəm14Səs201215Yağış201316Sevgilər (Azərbaycan Ulduzları)17Azərbaycan-Türkiyə201318Çıx Yollarıma201619Bura Yurdun Cənubudur201720Bir Sevgi201821Çiçək201922Xalq Bayatıları ft. Ehtiram Hüseynov201923Nice Yıllara ft. Zafer İşleyen202024Ağstafam Mənim ft. Samir Cəfərov, Ceyhun İsmayılov202025Məryəm202026Qələbənamə202027Dağlar Duman Olmadan202128Bir Məktub Yaz202129Gözümdə Leylisən202330Darıxmışam2023
İstinadlar
Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri