Pompeyin son gecəsi () - rus rəssamı Karl Brüllov tərəfindən 1830–1833-cü illərdə çəkilmiş rəsm əsəri. Tarixi Karl Brüllov 1827-ci ildə Pompeydə olmuş, bizim eranın 79-cu ilində Vezuvi vulkanının məşhur püskürməsinə və Neapolun yaxınlığındakı Pompey şəhərinin dağılmasına dair gələcək rəsm əsəri haqqında çoxsaylı eskizlər çəkmişdir. Onun əsəri Romada sərgidə nümayiş etdirilmiş, tənqidçilərin coşqun rəylərini qazanmış və Parisin Luvr sarayına göndərilmişdir. Bu əsər rəssamın ölkənin hüdudlarından kənarda belə maraqla qarşılanmış ilk əsəri olmuşdur. 1834-cü ildə əsər təntənəli surətdə Sankt-Peterburqa gətirilmişdir.
Həmçinin bax
Pompeyin son günləri
İstinadlar
Kateqoriya:Pompey Kateqoriya:Tarixi rəsm əsərləri Kateqoriya:Atları təsvir edən rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri