Şandun yarımadası () — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir. Coğrafiyası Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır.
İqtisadiyyat Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir«Shandong Peninsula.» Encyclopædia Britannica. Chicago: Encyclopædia Britannica, 2012..
Sahillərində Çinin mühüm limanları yerləşir. Onlar arasında yarımadanın cənub-şərqində yerləşən və bölgənin əsas limanı və sənaye mərkəzi Sindao qərarlaşır. Burada tekstil, yeyinti, maşınqayırma, texniki və elektroenergetika sahələri inkişaf etmişdir.
İstinadlar
Mənbə «Shandong Peninsula.» Encyclopædia Britannica. Encyclopædia Britannica Ultimate Reference Suite. Chicago: Encyclopædia Britannica, 2012.
Kateqoriya:Çin yarımadaları