Məhəmməd Kərim (1 may 1995) — Pakistanlı dağ-xizək idmançısı. Məhəmməd Kərim Pakistanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil edib. O, Qış Olimpiya Oyunlarında iştirak edən ikinci Pakistanlı idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir.

Karyerası Kərim öz debütünü Hindistanda təşkil edilən 2011 Cənubi Asiya Qış Oyunlarında etmişdir. 2013/2014 mövsümü ərzində o, İran və Türkiyədə keçirilən FİS turnirlərində iştirak etmişdir. Onun ən yaxşı nəticələri slalom üzrə 18-ci, böyük slalom üzrə isə 13-cü pillədir.

2014 Olimpiya Oyunları Məhəmməd Kərim birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 3:27.41 saniyəlik nəticəsi ilə 109 atlet arasında 71-ci yeri tutdu.Giant Slalom Sochi Olympics Official website. Retrieved 19 February 2014

Mənbələr

İstinadlar

Kateqoriya:2014 Qış Olimpiya Oyunlarında dağ-xizəkçiləri