Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir.
Etiologiyası: Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır.
Əlamətləri: Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı. Diaqnozu klinik əlamətlərə əsasən qoyulur.
Müalicəsi: Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır.
Mənbə
Kateqoriya:Ağciyər