Radium Futbol Klubu — Radium kimi də tanınan, 1 may 1919-cı ildə təsis edilən və San-Paulu ştatının Mokoka şəhərini təmsil edən Braziliya futbol klubudur.
Tarixi Klub 1 may 1919-cu ildə təsis edilmişdir. Klub yerli futbol klubları olan Operario Futbol Klubu və Mokokense Futbol Klublarının birləşməsindən sonra yaranmışdır. Radium klubu Paulista Liqası Seriya A2-nin və 1950-ci ildə Paulista de İnteriyor Liqasının qalibi olmuşdur.
Nailiyyətləri Paulista Liqası Seriya A2: Çempion (1): 1950 Paulista de İnteriyor Liqası: Çempion (1): 1950
Stadion Radium Futbol Klubu öz ev oyunlarını digər adı Estadio San-Sebastyan olan Estadio Olimpiko de San-Sebastyan stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 5000 nəfərə bərabərdir.
İstinadlar
Kateqoriya:San-Paulu ştatının futbol klubları