Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi.

Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. 

Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur.

Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir. Ceyms 1911, 1912 və 1916-cı illərdə Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd kimi göstərilmişdir.

Həyatı

Erkən dövr thumb|Heni Ceyms, yaş 11, atası, Henri Ceyms ilə.—1854  Henri Ceyms 15 aprel 1843-cü ildə Nyu-York şəhərində anadan olmuşdur. Onun valideynləri Meri Ualş və Henri Ceyms Sr. olmuşdur. Atası olduqca savadlı, tərəddüdsüz şəkildə cana yaxın, məruzəçi və filosof idi. Onun atası Albaniyada bank sahibi və investor idi və ona müəyyən miqdarda pul miras qoymuşdu. Anası Meri isə Nyu-Yorkda yaşayan zəngin bir ailədən gəlirdi, bacısı Katerin uzun müddət onlarla birlikdə yaşamışdı. Henrinin üç qardaşı var idi, ondan bir yaş böyük olan Uilyam və kiçik qardaşları Vilkinson və Robertson. Onun həmçinin Alis adında kiçik bir bacısı da var idi.

Gənc ailə əvvəlcə Albaniyada yaşamış, daha sonra isə hələ Ceyms kiçik oğlan olarkən Nyu-York şəhərində Ondördüncü Küçəyə köçmüşdür. Onun təhsili atası tərəfindən onu elmi və fəlsəfi təsirlərə yönəltmək üçün qarşılanmışdı və çox geniş əhatəli olmuşdur. Ceyms Latın və Yunan klasiklərində olan adi təhsili almamışdır. 1855–1860-cı illər ərzində Ceyms ailəsi ilə birlikdə atasının bəzi iş maraglarına görə London,Paris, Cenevrə, Boulunge-sur-Mer və Nyuport, Rod Aylendə səyahət etdilər daha sonra isə ehtiyat hissələri aşağı olduğuna görə Amerika Birləşmiş Ştatlarına geri qayıtdılar. Ailəsi səyahət etdiyi müddətdə Henri əsasən repetitorlardan təhsil almış və çox qısa müddətlik başqa-başqa məktəblərdə oxumuşdur. Ailənin ən uzun müddət qaldığı yer Fransa olmuşdur, Henri buraya alışmağa başlamış və fransızcanı səlis şəkildə öyrənmişdir.

1860-cı ildə ailə Nyuporta qayıtdı. Orada Henri rəssam Con La Farge ilə taniş olmuş və o, Henrini fransız ədəbiyyatı, xüsusilə Balzakla tanış etmişdir. Ceyms sonralar Balzakı özünün ən böyük müəllimi olaraq adlandırmışdır və bəddi sənətkarlığı hər kəsdən çox ondan öyrəndiyini demişdir.

1861-ci ilin payızında Henri yanğınla mübarizə apararkən arxasından yara almışdır. Bu yaralanma həyatının müxtəlif dövrlərində yenidən ortaya çıxmış və onu ABŞ-da Vətəndaş Müharibəsində hərbi xidmət üçün yararsız etmişdir.

1864-cü ildə Ceyms ailəsi Harvard Lourens Elmi İnstitutunda və daha sonra isə tibb fakültəsində ilk sıralarda siyahıya alınan Uilyam üçün Boston, Massaçusetse köçdü. 1862-ci ildə Henri Harvard Hüquq Elmləri İnstitutuna getmişdir, lakin daha sonra hüquqla maraqlanmadığını dərk etmişdir. O, öz marağını ədəbiyyata yönəltmiş və Boston və Kembricdə Uilyam Dean Houels və Çarles Elit Norton ilə birlikdə Oliver Uendel Holmes, JR. ilə ömür boyu davam edən dostluq qurmuşdur. 

Onun ilk çap olunmuş işi "Miss Maggie Mitchell in Fanchon the Cricket" tamaşasına olan tənqidi xülasə 1863-cü ildə çap olunmuşdur. Təxminən bir il sonra, ilk qısa hekayə kitabı (A Tragedy of Error) çap edilmişdir. Ceymsin ilk qazancı NAR ədəbi jurnalı üçün Ser Valter Skottun romanlarının dəyərləndirilməsinə görə olan məqaləsi olmuşdur. 1870-ci ildə o ilk romanını çap etmişdir.

1869–1870-ci illər ərzində Avropaya etdiyi səyahət sırasında o Ruskin, Dikkens, Methyu Arnold, Uilyam Morris və Corc Eliot ilə tanış oldu. Roma ona çox dərindən təsir etdi. O, qardaşı Vilyama "Mən burada Əbədi Şəhərdəyəm" deyə yazmışdır. "Sonunda ilk dəfədir ki, mən yaşayıram". O, özünü Parisdə azad bir yazıçı kimi dəstəkləməyə cəhd etdi və daha sonra Nyu-York Tribunasinda redaktor Con Heyin təsiri ilə Paris müxbiri kimi vəzifə qazandı, lakin onun bütün bu cəhdləri uğursuz alindıqdan sonra o, Nyu-York şəhərinə qayıtdı. 1874–1875-ci illər ərzində o Transatlantic Sketches, A Passionate Pilgrim və Roderick Hudson kitablarını çap etdi. Karyerasının ilk illərində o Hausordan təsirlənmişdir. 

1869-cu ildə o Londonda məskənləşmişdir. O, orada ona yazdıqları üçün vaxtaşırı ödəmə edən Makmillan və başqa naşirlərlə münasibət qurmuşdur və onun yazdıqları sonradan kitab formasında çap edilmişdir. Bu seriya şəklində çap edilən romanların əsas oxucuları orta sinfin qadınları idi və Ceyms redaktorların və naşirlərin tərəfindən gənc qadınların oxuması üçün uyğun görülən strukturlar içərisində ciddi ədəbi əsərlər yaratmaq üçün mübarizə aparırdı. O, kirayə otaqlarda yaşayırdı, lakin daha sonra centlmenlər klubuna qoşula bildi, hansı ki orada kitabxanalr var idi və o, orada çoxlu kişi dostlar qazana bildi. O, ingilis cəmiyyətinə Henri Adams və Çarles Milnes Qaskell tərəfindən tanıtdırıldı, sonralar isə özünü başqa klublara tanıtdı.

1875-ci ilin payızında o, Parisin Latın Məhəlləsinə köçdü. Amerikaya etdiyi iki səyahət istisna olmaqla, o, ömrünün növbəti üç onilliyini-həyatının qalanını Avropada keçirdi. Parisdə o, Zola, Alfons Dode, Mopassan, Turgenev və başqaları ilə tanış oldu. O, Parisdə Londona köçməzdən əvvəl yalnız bir il qaldı.

İngiltərədə o, siyasət və mədəniyyətin öndə gedən xadimləri ilə tanış oldu. O, çox verimli yazıçı olmağa davam etdi və Amerikalılar (1877), Avropalılar (1878), Zaman və Məhbusluq (1878), Fransız Şairlər və Romanistlər (1878), Hausorn (1879) və bir neçə qısa bəddi əsərlər çap etdi. 1878-ci ildə "Deyzi Miller" əsəri ona Atlantikanın hər iki tərəfində məşhurluq qazandırdı. Bu əsər Avropanın sosial əxlaq qaydalarından kənara çıxan bir qadını təsvir etdiyinə görə diqqəti olduqca çox çəkdi. O, həçinin 1881-ci ildə özünün ilk şah əsəri olan, Bir Qadın Portreti əsərinə başladı.

1877-ci ildə o, ilk dəfə Venlok Abbatlığını, Henri Adams sayəsində tanış olduğu dostu Çarles Milnes Qaskellin evini ziyarət etdi. O, ətrafı kəndlə əhatələnmiş və olduqca romantik olan Abbatliqdan çox təsirlənmişdir və bu onun Abbatliqlar və Qalalar oçerkində öz əksini tapmışdır. Xüsusilə, Ürək Burğusu əsərində təsvir etdiyi gölü Abbatlığın arxasındakı tutqun monastra aid olan hovuzdan təsirlənib yazdığını demişdir.

Londonda yaşayarkən Ceyms "Fransız realistlərinin", xüsusilə də Emili Zolanın sənətini izləməyə davam etdi. Onların üslubi metodları onun sonrakı illərdə yaratdığı əsərlərinə çox təsir etdi. Bu dövrlərdə Hausornun ondakı təsiri tədricən azaldı və Corc Eliot və İvan Turgenev ilə əvəzləndi. 1879–1882-ci illər Avropalılar, Vaşinqton Meydanı, İnam və Bir Qadının Portreti əsərlərinin çapını gördü. 1882–1883-cü illərdə o, Amerikaya ziyarət etdi, daha sonra isə Londona qayıtdı. 

1881-ci ildən 1883-cü ilədək keçən dövrdə o, bir sıra itkilərlə üzləşdi. 1881-ci ildə onun anası vəfat etdi, bir neçə ay sonra atası və daha sonra isə digər qardaşı Vilkinson vəfat etdi. 1882-ci ildə köhnə ailə dostu Emerson vəfat etdi. 1883-cü ildə isə dostu Turgenev vəfat etdi.

Yetkinlik dövrü 1884-cü ildə Ceyms Parisə daha bir səfər etdi. Orada o yenidən Zola, Daudet və Conkourt ilə görüşdü. O, Fransız realistləri və naturalistlərinin sənətlərini izləmişdi və onlardan olduqca çox təsirlənmişdi. 1886-cı ildə o, Bostonlular və Şahzadə Kasamassimanıçap etdirdi, onların hər ikisinə böyük səylə araşdırdığı fransız yazıçılarının təsiri olmuşdur. Həmin vaxtlarda tənqidi reaksiyalar və satışlar az idi. O, Houvele kitablarının ondan gözlənilən tələblərə və arzulara cavab vermədiyi üçün onu incitdiyini yazdı. Bu dövr ərzində o Robert Luis, Stevenson, Con Singer Sargent, Edmund Gosse, Corc du Maurier, Paul Bourget və Konstans Fenimor Vulson ilə dost oldu. Onun 1880-ci illərdən üçüncü romanı Qorxulu Fikir olmuşdur. Baxmayaraq ki, 80-ci illərdəki romanarında o, Zolanın nəsihətlərini izləyirdi, onların üslubu və mövqeyi Alfons Daudetin bədii əsərlərinə daha yaxın idi. Bu dövrdə olan tənqidi və maliyyə çatışmazlıqları onu teatr üçün yazmağa vadar etdi. 

Qay Domvilin uğursuzluğundan sornra Ceyms ümidsizlik və ölüm fikirlərindən əziyyət çəkirdi. Dramatik əsərlərə sərf etdiyi iki il tamamilə uğursuz deyildi. Yaradıcılığının son mərhələsinə gələrkən o dramatik texnikaları roman formasına salmağı tapdı. 80-ci illərin sonunda və 90-cı illərdə Ceyms Avropaya bir neçə səyahət etdi.

O, 1887-ci ildə uzun müddət İtaliyada vaxt keçirdi. Həmin ildə "Aspern Məqalələri" və "Reflektor" çap edildi. 1897–1898-ci illərdə o, Rye, Sasseksə getdi və "Ürək burğusu" əsərini yazdı. 1899–1900-cü illərdə daha iki əsəri çap edildi.

Son dövr 1902–1904-cü illər ərzində o, Səfirlər, Göyərçin Qanadları və Qızıl Piyalə əsərlərini yazdı.1905-ci ildə o, yenidən Amerikaya ziyarət etdi və Balzak haqqında elmi mühazirə oxudu. 1906–1910-cu illərdə o Amerikan Səhnəsini çap etdirdi və "Nyu-York Nəşrlərini" , əsərlərininin 24 cildlik kolleksiyasını redakte etdi. 1910-cu ildə onun balaca qardaşı Vilyam vəfat etdi. 1913-cü ildə o Balaca Oğlan və Başqaları və Oğul və Qardaşın Qeydləri avtobioqrafiyalarını yazdı. 1914-cü il Birinci Dünya Müharibəsinin alovlandığı dövrdə o, müraribə əsərləri yazmağa başladı. 1915-ci ildə o, İngiltərə vətəndaşı oldu. 1916-cı ildə Şərəf Ordeni ilə mükafatlandırıldı. O, 1916-cı il 28 Fevralda, Çelsi, Londonda vəfat etdi. Onun külü Kembricdə Massaçusets qəbiristanlığında basdırıldı.

Bioqrafları Ceyms ona gələn evlilik təkliflərini rədd etmiş və Londonda məskənləşdikdən sonra özünü "subay" deye elan etmişdir. F. V. Dupee, Ceyms ailəsi haqqında olan bir neçə məqaləsində belə bir fikir bildirmişdir ki, o, öz qohumu Meri (Minni) Templi sevib, lakin bir sıra səbəblərdən o, bunu etiraf edə bilməyib. Dupee Ceymsin Balaca Oğlan və Başqaları memuarından istifadə etmişdir. 

Dupee əsasən Ceymsin böyük qardaşı Uilyam haqqında olan memuarından və Persi Lubbok tərəfindən redaktə edilmiş məhdud sayda olan və daha çox Ceymsin son illərinə aid olan məktublar kolleksiyasından istifadə etmişdir. Buna görə də onun mülahizələri Ceymsin böyük qardaşının ölümündən sonra onda yaranan xəstəlikdən bilavasitə uzaqlaşdı, lakin sonralar elm xadimləri və maarifçilər üçün istifadə olunan materiallar çoxalmış, müasirlərin gündəlikləri və Ceyms tərəfindən gənc kişilərə yazılmış yüzlərlə mehriban və bəzən də erotik olan məktublar tapılmışdır. thumb|Heni Ceyms, yaş 11, atası, Henri Ceyms ilə.—1854  Ceymsin vətənini tərk etmək üçün heykəltaraş Hendrik Kristian Andersenə yazdığı məktublar diqqəti daha çox çəkir. Ceyms 1899-cu ildə 56 yaşında olarkən Romada 27 yaşlı Andersenlə tanış olmuş və o Andersenə olduqca emosional bir məktub yazmışdır. Bu məktubda gənc oğlana qarşı olan gizli sevgisindən danışmışdır. Bundan əlavə onun bir çox yaxın kişi dostlarının arasından gənc qey kişilərə yazdığı məktublar da diqqəti çəkir. Onun basketbolçu Valter Berriyə yazdığı məktublar jurnalda çap edilmişdir və onların arasındakı gizli sevgini açıq şəkildə göstərmişdir.

Əsərləri

Üslub və mövzu Ceyms trans-Atlantik ədəbiyyatının əsas nümayəndələrindən biridir. Onun əsərləri feodal sivilizasiyasının gözəlliyini təcəssüm edən Köhnə Dünya (Avropa) ilə insanların utanmaz, açıq olduğu korrupsiyanın çox olduğu və azadlığın təcəssüm edildiyi Yeni Dünya (Amerika) ilə qarşı-qarşıya qoyulmuşdur. Onun qəhrəmanları tez-tez zorakılıq və təhqirlərə məruz qalan gənc Amerikalı qadınlar idi və onun katibəsi Teodor Bosankit öz "İşdə Henri Ceyms" adlı monoqrafiyasında bu barədə öz fikirlərini yazmışdır.  thumb|Henri Ceymsin Con Singer Sargent tərəfindən kömürdən çəkilən portreti, (1912)