Toparkov — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Sahəsinə görə arxipelaqın dördüncü adasıdır. Orta hündürlüyü 9 metrdir. Ada demək olar ki, dairəvi formaya malik olub 1 km diametrə malikdir. Sahəsi 0,5 km² təşkil edir. Berinq adasından 4 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 16 metrdir. Ada şirin su mənbəyindən məhrumdur.

Təbiətin qorunması Adada çoxlu sayda quş növləri yuva qurur. 1983-ci ildən ada qorunma statusuna malik olaraq Komandor dövlət təbiət qoruğu ərazisinə daxildir.

Mənbə Komandor adaları (Aleut rayonu) Авторские фотографии Командор Официальный сайт Администрации Алеутского муниципального района Общественная газета Алеутского района «Алеутская звезда»

Kateqoriya:Komandor adaları Kateqoriya:Kamçatka diyarı adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları