"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərinin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaradılıb.

Səbail FK ev matçlarını ASCO Arenada keçirir.

Tarixi Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə "Səbail" uğursuz çıxış edib. Mövsümün ilk yarısında klubun oynadığı 18 oyunun 2-si qələbə, 3-ü heç-heçə, 13-ü isə məğlubiyyət ilə yekunlaşıb. Mövsüm boyunca nəticələr pisləşib və komanda ardıcıl məğlubiyyətlər nəticəsində turnir cədvəlinin sonuncu pilləsinə düşüb.

2024/25 mövsümünün başlanğıcında "Səbail"ə Şahin Diniyev rəhbərlik edib. 3 mart 2024-cü ildə o, klubdakı vəzifəsindən istefa etdiyini açıqlayıb və 6 martda bu vəzifə müvəqqəti olaraq klubun U-19 komandasının baş məşqçisi olan Elvin Məmmədova tapşırılıb. 11 mart 2025-ci ildə Cavid Hüseynov klubun yeni baş baş məşqçisi təyin edilib. Klubun turnirdəki uğursuz çıxışı bu dövrdə də davam edib və 11 fevral 2025-ci ildə "Səbail" "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub ki, bu da mövsümün o vaxta qədərki ən böyük hesablı məğlubiyyətlərindən biri olub. 16 mart 2025-ci ildə "Səbail"in "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra keçirilən mətbuat konfransında Hüseynov klubun rəhbərliyini sərt tənqid edib. Bu tənqiddən bir neçə saat sonra klub onun istefaya göndərildiyini bildirib. 17 martda baş məşqçi vəzifəsinin cari mövsümün sonuna qədər Elvin Məmmədova həvalə olunduğu bildirilib.

2025/26 mövsümündə klub yenidən baş məşqçi dəyişikliyi etdi. 27 noyabr 2025-ci ildə Elvin Məmmədov istefa verdi və 29 noyabrda Adil Şükürov klubun yeni baş məşqçisi təyin olundu.

UEFA turnirlərindəki oyunları 18 iyul 2019-cu il tarixinə olan məlumat Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə 2019/2020 UEFA Avropa Liqası I təsnifat mərhələsi Universitatya 2–3 2–3 4–6 17px

Komandanın heyəti 1 fevral 2024-cü il tarixinə olan məlumat:

Rəhbərlik və məşqçilər

Rəhbərlik Vəzifə AdıMüşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədovİcraçı direktor Firuz Qarayevİdman direktoru Zamiq HüseynovKommersiya meneceri Orxan QasımovMedia və İctimaiyyətlə əlaqələr departamenti Tora ƏhmədovaƏsas komandanın meneceri Fərəc Əliyev

Məşqçilər heyəti Vəzifə AdıBaş məşqçi Elvin MəmmədovKöməkçi məşqçi Kərim DiniyevKöməkçi məşqçi Azər MəmmədovKöməkçi məşqçi Sebahattin TekinQapıçılar üzrə məşqçi Fuad ƏsədovFiziki hazırlıq üzrə məşqçi Elmir XankişiyevAnalitik Zaur Əliyev liqamövsümAzərbaycan kuboku-yerForma1-ci liqa2016–17 - 2KappaAzərbaycan Premyer Liqası2017–181/4 final7Nike

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Rəsmi facebook səhifəsi

Kateqoriya:15 avqustda yarananlar Kateqoriya:2016-cı ildə yaradılmış futbol klubları Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Əlifba sırasına görə futbol klubları Kateqoriya:Bakı futbol klubları Kateqoriya:Azərbaycan Premyer Liqası klubları Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:2016-cı ildə yaradılmış futbol klubları Kateqoriya:Səbail FK