Rasşua — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.
Ada Rasşua vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 948 metrdir. Adanın cənubunda Serp dağı (495 m) yerləşir. Ada 13 km uzunluğa, eni 6 km, sahəsi 67 km² təşkil edir. Burada cırtdan tozağacı və qızılağac ağacları bitir. Ərazisində Uria, Fratercula, ağılsızlar quşları yuva qurur. Ərazidində tülkü, qütb tülküsü və kiçik gəmiricilər yaşayır. Raykoke adasından İnam boğazı (28 km şimal-şərqdə), Sredneqo adalarından (10 km şimal-şərqdə) Sredneqo boğazı ilə ayrılır. İstinadlar
Mənbə Adanın təsviri.
Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar