Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.84 qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanırYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.91.

Toponim çul türk etnonimiГлинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 111-114Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.190-194 əsasında yaranmışdır.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər), 1873-cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 1214 nəfər, 1904-cü ildə 1222 nəfər, 1914-cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159.

1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakmləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri