Ağkənd () İranın Şərqi Azərbaycan ostanında şəhər. Coğrafi yerləşməsi Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir.

Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir.

Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri