Azər Tahir oğlu Mirzəyev () — Azərbaycan şahmatçısı, qrosmeyster (2001).
Həyatı Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb.
Naliyyətləri
1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub.
2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur.
İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib.
2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur.
2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur.
2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Azər iki dəfə Stadium Casablanca turnirinin qalibi olub.
2012-ci ilin avqustunda Figueres turnirinin qalibi olmuşdur.
2014-cü ilin mayında Yeddinci Beyrut Beynəlxalq Open turnirində birinci yeri tutmuşdur.
İstinadlar
Xarici keçidlər
Азербайджанский шахматист Азер Мирзоев: «Я всегда предпочитал играть за Азербайджан» Azer Mirzoev. Chess-DB.com Azer Mirzoev. 365chess.com Azer Mirzoev. fide.com Azer Mirzoev. chessgames.com Azer Mirzoev. olimpbase.org
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri