Marta Pacnini (d. 21 yanvar 1991) — İtaliyanı təmsil edən bədii gimnast. Marta Pacnini 2012 və 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; 2012-ci ildə bürünc medala layiq görüldü. Pacnini həm də Dünya Çempionatlarının 2 qızıl və 6 gümüş medalını qazanıb.
Karyerası Marta Pacnini birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 55.450 xal topladı 3-cü yeri tutaraq bürünc medal qazandı.
Marta Pacnini 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
İstinadlar
Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib İtaliya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:İtaliyanın olimpiya gimnastları