Məhəmməd Füzulinin Azərbaycan dilində divanı — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb.Закуев А. К. Философские воззрения Физули // Труды Института истории и философии АН Азербайджанской ССР. — Б., 1955. — Т. VIII. — С. 53. Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildirEir. Fożūlī Mohammad (англ.) // Encyclopædia Iranica. — 2000. — Vol. X. — P. 121-122.

Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir. Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir.Araslı H. Füzuli «Divan»ınin əlyazmalari və nəşri haqqinda (азерб.) // Məhəmməd Füzuli. Əsərləri. — Б.: Şərq-Qərb, 2005. — C. I. — S. 5-10. Əlyazma iki miniatürlə bəzədilib.Ашурбейли С. Б. Некоторые материалы по искусству Азербайджана XVI века // Ученые записки Института востоковедения. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1959. — С. 67.

Divan bir neçə dəfə çap edilib. Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib. Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Əbdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il). Füzulinin divanı 1961-ci ildə AMEA Ədəbiyyat İnstitutunda qədim əlyazmaya əsaslanaraq tərtib edildi və çapdan çıxdı.Араслы Г. М. Великий азербайджанский поэт Физули / Под редакцией Дж. Джафарова. — Б.: Азербайджанское издательство детской и юношеской литературы, 1958. — 34 с.

İstinadlar

Xarici keçidlər Vikimənbədə Füzulinin Azərbaycan dilində divanı haqqında məlumat var.

Həmçinin bax

Kateqoriya:Məhəmməd Füzulinin əsərləri Kateqoriya:XVI əsrdə yarananlar Kateqoriya:Azərbaycan poemaları Kateqoriya:Azərbaycan dilində ədəbi əsərlər Kateqoriya:Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektləri Kateqoriya:Osmanlı divan şairləri Kateqoriya:XVI əsrin əsərləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər