Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında — XXXI Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növü üzrə yarışlar 19-21 avqust tarixləri arasında baş tutdu. Yarışlar 14 000 tamaşaçı tutumu olan HSBC Arenada keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Fərdi yarışlarda qızıl medala Rusiya gimnastı Marqarita Mamun layiq görüldü; gümüş medalı digər Rusiya gimnastı Yana Kudryavtseva, bürünc medalı isə Ukrayna nümayəndəsi Anna Rizatdinova qazandı. Qrup yarışlarında da qızıl medal Rusiya gimnastlarına nəsib oldu. Gümüş medalı İspaniya, bürünc medalı isə Bolqarıstan nümayəndələri qazandı. Ümumi yekunda, medal sıralanmasında Rusiya Federasiyası maksimum nəticə, 2 qızıl və 1 gümüş medalla 1-ci yeri tutdu.
Ümumi məlumat Medal sıralanması SıraÖlkə25x25px25x25px25x25pxCəmi1 Rusiya (RUS)21032 İspaniya (ESP)01013 Bolqarıstan (BUL)0011 Ukrayna (UKR)0011Ümumi2226
Nəticələri Yarış25x25px Qızıl medal25x25px Gümüş medal25x25px Bürünc medalFərdi çoxnövçülük (ətraflı)Marqarita Mamun Rusiya (RUS)Yana Kudryavtseva Rusiya (RUS)Anna Rizatdinova Ukrayna (UKR)Qrup çoxnövçülük (ətraflı)Vera Biryukova Anastasiya Bliznyuk Anastasiya Maksimova Anastasiya Tatareva Mariya Tolkaçeva Rusiya (RUS)Sandra Aguilar Artemi Qavezou Yelena Lopez Lordes Mohedano Alexandra Quereda İspaniya (ESP)Reneta Kamberova Lyubomira Kazanova Mixaela Maevska-Veliçkova Tsvetelina Naydenova Xristiana Todorova Bolqarıstan (BUL)
Mənbələr
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında bədii gimnastika